İranda ləğv edilən “əxlaq polisi” nə vaxt və niyə yaranmışdı?

İranda ləğv edilən “əxlaq polisi” nə vaxt və niyə yaranmışdı?

Xəbər verdiyimiz kimi, İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri tənqid hədəfinə çevrilən “əxlaq polisi” bölməsinin ləğv edildiyini açıqlayıb. Digər tərəfdən, İran Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsindən “əxlaq polisi”nin ləğv edilib-edilmədiyi soruşulub. Bölmədən verilən açıqlamada belə bir qərarın onlara çatdırılmadığı bildirilib. Lakin sözügedən məsələ artıq dünya mediasında əsas müzakirə obyektlərindən birinə çevrilib.

Bəs, əxlaq polisləri kimlərdir? Bu bölmə nə üçün və nə vaxt yaradılıb?

 

Sfera.az bildirir ki, İran Polis İdarəsinin nəzdində yaradılan əxlaq polisi ilk dəfə 2006-cı ildə fəaliyyətə başlayıb. Bu polislər ilkin olaraq küçə geyim qaydalarına əsasən “uyğunsuz” geyinən, başlarını lazımi səviyyədə örtməyən, uzun və boş paltar geyinməyən qadınlara xəbərdarlıq ediblər. Lakin sonradan bu bölmə sözügedən qadınları saxlamağa başlayıb. Bunu edərkən zaman-zaman sərt üsullara əl atılıb, ağlasığmaz görüntülər dünya ictimai rəyində geniş yer tapıb. Amma əxlaq polisinin tədbirlərinə heç bir məhdudiyyət qoyulmayıb.

 

Saçlarını örtməyən qadınlara 74 şallaq...

 

Ümumiyyətlə, İran hakimiyyəti qeyri-düzgün geyimlərə qarşı mübarizəyə 1979-cu il İslam İnqilabından qısa müddət sonra başlayıb.  Başlıca məqsəd qadınların təvazökar geyim qaydalarına nəzarət olub. 1983-cü ildə parlament ictimai yerlərdə saçlarını örtməyən qadınların 74 şallaqla cəzalandırılmasına qərar verib. Bu yaxınlarda cəzalara 60 günə qədər həbs müddəti də əlavə olunub. O vaxtdan bəri qaydalara riayət əsl mübarizəyə çevrilib. Qadınlar tez-tez ictimai yerlərdə dar geyimlər və arxaya çəkilərək saçları açıq qoyan örtüklərlə qaydaları pozublar.

 

“Sanki bizi bələdçilik etməyə yox, ova göndərirlər”...

 

Ötən illərdə isə əxlaq polislərindən biri mediaya açıqlamasında öz işlərini "qadınları qorumaq" kimi təsvir edib. Əxlaq polislərinin fikrincə, qadınlar müəyyən edilmiş çərçivədə geyinməsələr, kişiləri təhrik edə, qadınlar isə bu vəziyyətdən əziyyət çəkə bilərlər. Sözügedən polisin “Sanki bizi bələdçilik etməyə yox, ova göndərirlər” sözləri isə həmin zaman uzun müddət gündəmi zəbt edib. Həmin polis əlavə edib ki, əgər müəyyən müddət ərzində kifayət qədər qadını saxlamasa, ona yuxarılar tərəfindən xəbərdarlıqlar gəlirdi.

 

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmininin sentyabrın 13-də Tehranda “əxlaq polisi” tərəfindən saxlanıldıqdan 3 gün sonra vəfat etməsi hökumətə qarşı etirazlara və iğtişaşlara səbəb olub. Hələ də davam edən etirazlarda indiyə qədər 400-dən çox insanın öldüyü bildirilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...