Türkiyənin bu ərazidəki planına niyə icazə verilmədi? - Türkiyəli professordan AÇIQLAMA

Türkiyənin bu ərazidəki planına niyə icazə verilmədi? - Türkiyəli professordan AÇIQLAMA

“Rusiyanın Ayn-İsa bölgəsində Türkiyənin antiteror əməliyyatları keçirməsinə icazə verməməsinin səbəbi Ankaranın daha cənuba - Hələb ovasına enib, Əsəd rejiminin nəzarətindəki ikinci böyük şəhəri ələ keçirməsindən ehtiyat etməsidir”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyənin Dumlupınar Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Hüsamettin İnaç Rusiyanın Türkiyəyə Hasekə, Rakka, Deyr əz-Zor və şimalda Hələbi birləşdirən magistralın (M4) keçdiyi Ayn-İsa bölgəsində əməliyyata icazə verməməsini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Suriyanın şimalında hərbi əməliyyatlar başlamadan öncə Prezident Rəcəb Tayyib Ərdoğan əməliyyatların aparılacağı iki əsas bölgənin adını çəkib:

 

“Söhbət Tel-Rıfat və Münbiç bölgələrindən gedir. Hər iki ərazi strateji nöqtələrdir. Belə ki, Tel-Rıfat bölgəsi Rusiya hava qüvvələrinin nəzarət etdiyi bölgədir. Münbiçə gəldikdə isə bu ərazi ABŞ nəzrətindədir. Yəni əslində Türkiyə bununla əməliyyatların konkret bir ölkənin nəzarət etdiyi əraziyə spesifik deyil, ümumilikdə terrorla mübarizə fonunda gerçəkləşdiyi mesajını verir. 


Bununla belə, Rusiyanın Ayn-İsa bölgəsində əməliyyata icazə verməməsi gözlənilirdi. Belə ki, Ayn-İsa bölgəsindən M4 magistral yolu keçir. Bu yol PKK, YPG və PYD üçün həyati əhamiyyət kəsb edir. Terror təşkilatının əsas silah-sursat və logistika dövriyyəsi bu yol üzərindən aparılır. Lakin bu Kremlin əməliyyatlara icazə verməməsinin əsas səbəbi deyil.

 

Rusiyanın Ayn-İsa bölgəsində əməliyyata icazə verməməsinin əsas səbəbi bu bölgənin Əsəd rejiminin nəzarətində olmasıdır. Rəsmi Moskva hər şeydən öncə Türkiyənin əməliyyatların məcrasını dəyişərək Əsədin üzərinə getməsindən çəkinir. Lakin bu boş və mənasız bir yanaşmadır. Çünki Türkiyə əməliyyatların başlamasından öncə elan edib ki, hədəfi Əsəd rejimi deyil. Rəsmi Ankara hazırda Şimali İraq və Suriyada sərhəddən 30 kilometr içəriyə doğru təhlükəsizlik koridoru təmin etmək istəyir“.

 

Professorun sözlərinə görə, Türkiyə əməliyyatlarla bağlı mövqeyini açqıca sərgiləyib və bu, dəyişməz qalır:

 

“Bundan öncəki əməliyyatlarda da Rusiya ilə Türkiyə fikir ayrılıqları içərisində olub. Tərəflər hər dəfə qarşılıqlı razılaşmalarla problemlərdən çıxış yolu tapıb. Düşünürəm bu dəfə də belə olacaq”. 

 

Turan Rzayev

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya EDİLDİ

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 14 may 2024-cü il tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgə...

Tanınmış juranlistə yeni VƏZİFƏ VERİLDİ - FOTO

Ədliyyə Nazirliyinin Mətbuat xidmətində yeni təyinat olub.   Sfera.az xəbər verir ki, nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifəsinin icrası jurnal...

Azərbaycan və Belarus XİN başçıları GÖRÜŞDÜ - YENİLƏNDİ

Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.   Sfera.az Azərbaycan Xar...

Azərbaycan əhalisi geyimə nə qədər pul xərcləyib? - STATİSTİKA

Azərbaycanda yaşayan insanların toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclədiyi pul bu ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisə...

Pentaqondan Xarkovla bağlı SOS SİQNALI: “Nə olursa olsun...”

“Rusiya döyüş meydanında narahatlıq doğuran bəzi nailiyyətlər əldə edib”.   Sfera.az bildirir ki, bunu Pentaqonun sözçüsü Patrick Rayder ...

ABŞ-dən Çin mallarına QADAĞA: Bu məhsullara 100 faiz rüsum tətbiq olunacaq  

ABŞ hökuməti Çindən alınan mallara, əsasən də elektrik avtomobilləri və günəş panellərinin idxalına rüsumları kəskin şəkildə artırıb. İdxal zamanı elektrik avto...