Berlində Türkiyə-Rusiya QORXUSU: \"NATO...\"

Berlində Türkiyə-Rusiya QORXUSU: \

Almaniyanın xarici işlər naziri Frank-Valter Steinmeier Türkiyə və Rusiya dövlətləri arasında əlaqələrin bərpa edilməsinə münasibət bildirib.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Frank-Valter Steinmeier "Bild” qəzetinə müsahibəsində Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının doğru addım olduğunu söyləyib.

 

Ancaq nazir deyib ki, Rusiya Türkiyə üçün NATO-ya alternativ ola bilməz.

"Türkiyə və Rusiyanın birgə hərbi ittifaq yaratması təhlükəsi nə dərəcədə realdır?” sualına isə Frank-Valter Steinmeier belə cavab verib: "Ötən il Türkiyənin Rusiyaya məxsus döyüş təyyarəsini vurmasından sonra yenidən iki ölkə arasında əlaqələrin qurulması müsbət prosesdir. Ancaq mən iki ölkə arasındakı münasibətlərin daha sıx olacağına və Rusiyanın Türkiyə üçün NATO-nu əvəz edəcəyinə inanmıram. Türkiyə NATO-nun vacib müttəfiqi və üzvü olan dövlətdir. Hesab edirəm ki, bu, belə də qalmalıdır”.



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...