Dünya ölkələri COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan yenə də təcavüzkar niyyətindən əl çəkmir

Dünya ölkələri COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan yenə də təcavüzkar niyyətindən əl çəkmir
 İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı növbəti təxribat törədiblər. Düşmənin məqsədi artilleriyadan istifadə etməklə Tovuz rayonu istiqamətindəki mövqelərimizi ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Ordumuzun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən layiqli cavabını alaraq geri oturdulub. Düşmən ordusu canlı qüvvə və hərbi texnika sarıdan itki verərək mövqelərinə çəkilib. Beləliklə, Ermənistan tərəfinin ərazi əldə etmək niyyəti baş tutmayıb. Təxribat aktının törədilməsi Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsində yaranmış sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək məqsədi daşıyır.

Sfera.az xəbər verir ki, bu fikirləri azərtac-a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Deputat deyib ki, dünya ölkələri COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan yenə də öz təcavüzkar niyyətindən əl çəkmir. Düşmənin növbəti təxribat əməli bir daha onu göstərir ki, Ermənistan və onun rəhbərliyi demokratiya pərdəsi altında gizlənərək nəinki regiona, bütün dünyaya, bəşəriyyətə təhlükə yaradırlar. Bu, onu bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi ikiüzlülükdür: "Biz çox məkrli və hiyləgər bir düşmənlə üz-üzəyik. Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir. Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən bu təxribatı sanksiyalaşdıra bilər. Hazırda Ermənistanda vəziyyət kritik həddə çatıb. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə ciddi böhran yaşanır. Bir tərəfdən hakimiyyətə etimadsızlıq, digər tərəfdən ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Müxalifətdə ölkə rəhbərliyinə qarşı vahid cəbhə yaranıb”.

Deputat bildirib ki, düşmənin Tovuz rayonundakı növbəti təxribatı Paşinyan hökumətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasını bir daha göstərir. Azərbaycanlıları öz dədə-baba torpaqlarından didərgin salan və bu torpaqları həyasızcasına özününkü hesab edən Ermənistanın bu hərəkətinə beynəlxalq ictimaiyyət münasibət bildirməlidir. Otuz ilə yaxındır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan beynəlxalq birlik qarşısında cavab verməlidir: "BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hələ də kağız üzərində qalır. Təcavüzkar Ermənistan BMT-nin qəbul etdiyi 4 qətnaməni heçə sayır. İşğal olunmuş Azərbaycan torpaqları – Dağlıq Qarabağ və ətraf 7 rayon qətnamənin tələblərinə uyğun olaraq qeyd-şərtsiz boşaldılmalıdır. Görünür ki, Ermənistan ordusu 2016-cı ildəki Aprel döyüşlərini yaddan çıxarıb və həmin günləri yenidən yaşamaq istəyir. Azərbaycan Ordusu düşmənlə döyüşə hər an hazırdır və biz işğalçıya öz gücümüzü göstərəcəyik!”, - deyə Elnur Allahverdiyev vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Aprelin 16-sı Ümumdünya Səs Günüdür

Səs gününün qeyd olunmasına 1998-ci ildə Braziliya Lorinqologia və Səs Cəmiyyətinin təşəbbüsü ilə başlanılıb.   Sfera.az xəbər verir ki, 2002-ci ildə...

10 martda imtahan vermiş şagirdlərin NƏZƏRİNƏ! - Nəticələr AÇIQLANDI

10 martda keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Sfera az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci ...

Kopenhagendə tarixi bina yanır - VİDEO

Danimarkanın paytaxtı Kopenhagendə ən məşhur tikililərdən biri hesab olunan keçmiş fond birjasının binasında güclü yanğın baş verib.   Sfera.az xəbər...

Azərbaycanda insan hüquqlarının qorunması beynəlxalq tələblərə uyğunlaşdırılır

Azərbaycan dövlətinin ali məqsədi vətəndaşlarının insan hüquq və azadlıqlarının təmin edilməsidir.  Sfera.az xatırladır ki, dövlət müstəqilliyinin bər...

Bu klublar Qurban Qurbanovla MARAQLANIR: "Mütəxəssislə təmas olub, yaxın günlərdə..."

Bu mövsüm Avropa Liqasındakı uğurlu çıxış "Qarabağ"ın diqqət mərkəzinə düşməsinə səbəb olub.   Sfera.az Offsideplus.az-a istinadən xəbər ve...

Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya EDİLDİ

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib.   Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat ver...