No Image
No Image

DTX Ukraynada əməliyyat keçirdi - VİDEO

DTX Ukraynada əməliyyat keçirdi - VİDEO
Xarici ölkənin ərazisində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxs məsuliyyətə cəlb olunub.

Sfera.az Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən xəbər verir ki, DTX-nin Ukrayna xüsusi xidmət orqanları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etdiyinə görə barəsində DTX-də aparılan cinayət işi üzrə axtarış elan edilmiş Azərbaycan vətəndaşı 1979-cu il təvəllüdlü Mirismayıllı Mirəhəd Tofiq oğlu Ukrayna ərazisində müəyyən edilərək saxlanılmış və ölkəmizə gətirilib.

Mirəhəd Mirismayıllı Suriyada Hacıyev Aqil Tağı oğlunun başçılıq etdiyi "Cundu Şam” adlı cinayətkar birliyin fəaliyyətində iştirak etmək üçün 20 iyun 2013-cü il tarixdə adıçəkilən ölkəyə gedərək orada aparılan silahlı münaqişələrdə digər Azərbaycan vətəndaşları ilə birgə iştirak etməkdə şübhəli bilinir.

Həmçinin müəyyən edilib ki, Azərbaycan vətəndaşlarının bir qismi həmin bölgələrdə davam edən silahlı münaqişələr zamanı öldürülüb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə Mirəhəd Mirismayıllıya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaqa verdiyi ifadə zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiyini bildirib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

18 yaşlı qızı tualetdə zəncirləyən şəxs tutuldu

Bərdə rayonunda 18 yaşlı qızı tualetdə zəncirlə bağlayaraq saxlayan şəxs həbs edilib. Prokurorluqdan Sfera.az-a verilən xəbərə görə, iyulun 22-də rayon...

Vüsal Babayevin rüşvət alması belə müəyyən olunub - RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həbs edilən Vüsal Babayevlə bağlı açıqlama verib. Xidmətdən bildirilib ki, 2020-ci ilin yay aylar...

Sabirabadda gözətçi qadını öldürən polis həbs edildi

İyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə...

Vüqar Səfərlinin dəstəsinin üzvləri restoran icarədarları olub — Məhkəmədə yeni faktlar açıqladı

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İs...

17 prokurorluq əməkdaşı məsuliyyətə cəlb edildi

Bu gün Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib. Bu barədə Sfera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Müşavirədə qeyd...

Bakıda küçədə narkotik satan şəxsi döydülər - VİDEO

Bakıda küçədə narkotik satan şəxs sakinlər tərəfindən linç edilib.  Sfera.az-n məlumatına görə, hadisə Qaradağ rayonu  Lökbatan qəsəbəsində baş ...