No Image
No Image
No Image

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarında gedir
Dağlıq Qarabağda gərgin döyüşlər gün boyu davam edib.

Səhər tezdən erməni işğalçı qüvvələrinin topçuları Azərbaycanın Tərtər şəhərinin mərkəzini vurub.

Şəhər Hərbi Komissarlığına düşən mərmi nəticəsində bir neçə nəfər yaralanıb.

Həmçinin Ermənistan silahlı qüvvələri vətəndaşlarımızın sıx məskunlaşdığı əraziləri ağır artilleriya atəşinə tutub, Füzuli rayonunun Horadiz kəndindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığına düşən mərmi qəlpələri nəticəsində 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub. Daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bu cinayət, dünən cəbhəyə yollanan erməni könüllülərini daşıyan avtobusun məhv edilməsinin intiqamına cəhd kimi də qiymətləndirilə bilər.

Ümumilikdə isə, Tərtər şəhərinin mərkəzi, eləcə də Qapanlı, Şıxarx, Əskipara və Səhlabad kəndləri 30 sentyabr gününün birinci yarısı boyunca güclü atəşə məruz qalıb.

Eyni zamanda, bu gün səhər saatlarında erməni işğalçı qüvvələri Ağdərədə mühasirənin qarşısını almaq məqsədi ilə Matagis istiqamətində əks-hücuma cəhd etdilər.

Hücum Azərbaycan Silahlı Qüvvələrinin kütləvi artilleriya zərbələri nəticəsində dayandırılıb.

Nəticədə döyüş əməliyyatlarını davam etdirən Azərbaycan silahlı qüvvələrinin bölmələri sentyabrın 30-u, günün sonunda daha da irəliləyərək əhəmiyyətli müşahidə nöqtəsi hesab olunan Tonaşen kəndinə yaxınlaşıb.

Azərbaycan ordusunun birləşmələri işğal olunmuş Birinci ümum qoşun ordusunun Onuncu Dağ Atıcı diviziyasının Beşinci dağ atıcı alayının Ağdərə rayonun mərkəzində yerləşən qərargahına zərbələr endirib.  

Təxminən saat 16:00-da Ermənistan Silahlı Qüvvələri cəbhənin Tərtər istiqamətində bütün aktivliyini tamamilə dayandırıb.

Füzuli və Cəbrayıl istiqamətində də ermənilərin əks hücum cəhdləri oxşar şəkildə uğursuz olub.

Döyüşlər Füzulinin işğal edilmiş rayon mərkəzinə aparan yollarda gedir.

Bu arada qeyd etmək lazımdır ki, təkcə bu gün saat 17:30-a qədər Azərbaycan Ordusunun bölmələri saat 17:30-dək düşmənin 2 ədəd "OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 "Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd "D-20” haubitsa-topu məhv edilib.

Ümumilikdə 2 500 nəfərə yaxın əsgər və zabit, 130-dan çox tank və zirehli avtomobil, 200-dən çox top, minaatan və "Qrad” qurğusu, 25-dən çox hava hücumundan müdafiə sistemi, altı komanda qərargah mərkəzi və silah anbarı, 50-dən çox tank əleyhinə qurğu, 55 ədəd avtomobil və bir ədəd "S-300” Zenit Raket kompleksi məhv edilib.

OXŞAR XƏBƏRLƏR

“İrəvan bu tarixdə təslim olacaq” - AÇIQLAMA

Ermənistan rəhbərliyi gələn həftə təslim olaraq danışaqlara gedəcək. Sfera.az xəbər verir ki, bu ehtimalla çıxış edən siyasi şərhçi Zaur Məmmədov fikrini ...

Türkiyə MN: Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır

Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib. Sfera.az bu barədə "Haber Global”a istinadən xəbər verir.   Bildir...

“Azərbaycandan çox geri qalmışıq” - Düşməndən daha bir etiraf

Bir neçə gün əvvəl Azərbaycan ordusunu fövqəldövlətlərlə müqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub ...

“Noyabra qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir. Rusiyalı politoloq Aleksandr Karavayevin fikrincə, noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəs...

Çili mətbuatında Kəlbəcərdə soydaşlarımızın yaşadıqları faciədən bəhs edilib

Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan çıxmağa məcbur olmuş həmvətinimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub. ...

Türkiyə Müdafiə Nazirliyi: Ermənistan Azərbaycan torpaqlarının qanunsuz işğalına son qoymalıdır

 "Sülh və sabitliyin əldə edilməsi üçün Ermənistan terrorçuları və muzdlu əsgərləri geri göndərməlidir”. Sfera.az xəbər verir ki, bu barədə Türkiyə M...