\"Döyüşdə silahları oğurlayıb satırdıq\" - Erməninin etirafı - VİDEO

\
"Ermənistandan Qarabağa döyüşmək üçün gedən könüllülərin əksəriyyəti, habelə qarabağlı ermənlər silah, sursat və ərzaq alveri ilə məşğul olurdular. Onlar döyüşlər zamanı döyüşmək əvəzinə, silah satırdılar".

Sfera.az  bildirir ki, Ermənistanın Vanadzor bölgəsinin sakini Monte Maxsudyan Facebook profilində video paylaşaraq belə deyib. 44 günlük İkinci Qarabağ Savaşında iştirak etmək üçün Ermənistandan Xankəndinə yollanan və Hadrut istiqamətindəki döyüşlərə qatılmış M.Maxsudyan bir çox iyrəncliklərin şahidi olduğunu söyləyib.

"Avtomatları, əl qumbaralarını, patronları, pulemyotları, hər şeyi oğurlayıb satırdılar. Onların valideynləri övladlarının "qəhrəmanlıq"ları barədə təbii ki, sosial şəbəkələrdə yazan deyillər. Çünki Qarabağda əsl alver gedirdi. Satılıb-alınan silahla sursat sonradan Ermənistana daşınırdı. Belə qalib gələ bilərdik? Qətiyyən", - M.Maxsudyan deyib.

Harutyun Hakopyan isə bildirib: "Bu əclaflığı sadəcə, qarabağlı ermənilər etmirdilər. Yolla gedəndə gördük ki, Eçmiədzində 5 kişi yol qırağındakı qaçqın maşını soyurlar, qarət edirlər. Abovyanda isə silah alverçisini gözümün önündə tutdular. Ermənistanın Müdafiə Nazirliyi üçün müharibə həm də gəlir mənbəyi idi. Generallardan tutmuş, leytenantlara qədər yüzlərlə, minlərlə insan varlandı bu müharibədən. Ölən ermənilər isə, belə çıxır, kimsəyə gərək deyildi".

İrəvan sakini Anna Hovanesyan da Qarabağ savaşında ermənilərin alverlə məşğul olduqlarını təsdiqləyib: "Onlar evlərini qoyub qaçan erməniləri "şikar" sayırdılar. Sahibsiz qalan evləri qarət edir, dağıdır, yandırır, sonra da bütün bunları "azərbaycanlıların vəhşiliyi" kimi sırıyıdılar bizə. İş o yerə çatmışdı ki, döyüşlərdən birində bunkerdə olan komandirin maşınını oğurlamışdılar. Komandir həlak olandan sonra onun maşını Sisyanda tapıldı. Amma kimsənin o maşını qaytarmaq fikri yoxdu".
 

(milli.az)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...