“Dövlət qurumları bələdiyyələrin verdiyi sənədləri etibarsız sayır” - Etiraz

“Dövlət qurumları bələdiyyələrin verdiyi sənədləri etibarsız sayır” - Etiraz
"Sənədi etibarsız olan quruma nə ehtiyac var?”

Sfera.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətindən danışarkən  deyib.
 
Deputat dövlət qurumlarının bəzilərində bələdiyyələr tərəfindən verilən sənədlərin etibarsız sayıldığını diqqətə çatdırıb. Millət vəkili bələdiyyələrin fəaliyyətini qınayaraq, gələcəkdə Milli Məclisin mərkəzləşməyə qarşı olmasının zəruriliyini bildirib.

Fazil Mustafa  bələdiyyələrin konstitusiyaya dəyişiklik edilməsi ilə parlamentə hesabat verməli olduğunu qeyd edib.

Parlamentin sədr müavini Əli Hüseynli isə konstitusiyaya dəyişiklik edilməsinin doğru olmadığını bildirib.
 
Əzizə  

OXŞAR XƏBƏRLƏR