Dövlət özəl heyvandarlıq kompleksinin yaradılmasına dəstək verib - FOTOLAR

Dövlət özəl heyvandarlıq kompleksinin yaradılmasına dəstək verib - FOTOLAR
 Şamaxı rayonunun inzibati ərazisində yerləşən 700 hektar ərazini əhatə edən özəl heyvandarlıq və bitkiçilik kompleksi fəaliyyətə başlayacaq.

Sfera.az xəbər verir ki, "Agro Fresh” MMC-yə məxsus ferma 1 200 baş Qolşteyn cinsli qaramalın saxlanılması üçün nəzərdə tutulub. 

Kompleksə pivot sistemi ilə suvarılan əkin sahələri, yem sexi, sağım bölməsi, inək damları, logistika mərkəzi, peyin emalı sahəsi, su rezervuarı, ofis binası və yataqxana daxil olacaq. Kompleks üçün lazımi avadanlıqların və suvarma qurğularının alınmasına Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dəstək verib.

Belə ki, ölkə Prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "AKİA-nın vəsaitindən istifadə Qaydası”na uyğun olaraq, kompleks üçün alınmış avadanlıq və qurğuların gömrük dəyərinin 40%-ni dövlət subsidiyalaşdırıb. Həmin avadanlıq və qurğular İsrail, Avropa, Şimali Amerika və Türkiyədə istehsal edilib. Fermanın illik istehsal gücü 4 500 ton süd olacaq. Kompleksdə 45 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Qeyd edək ki, özəl investor bu layihəyə 35 milyon ABŞ dolları həcmində maliyyə ayıracaq.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...