No Image
No Image

“Dövlət İmtahan Mərkəzinin qərarları reputasiyasına zərər verir” - Açıqlama

“Dövlət İmtahan Mərkəzinin qərarları reputasiyasına zərər verir” - Açıqlama
28 fevralda magistraturaya qəbul imtahanları keçiriləcək. Digər tərəfdən pandemiya ilə əlaqədar şənbə və bazar günləri ictimai nəqliyyat işləmir. Bu o deməkdir ki, 20 minə yaxın namizəd imtahana taksi ilə getməli olacaq və bu da tələbələrin narazılığına səbəb olub.

Təhsil eksperti Elvin Bədirov problemlə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, son illərdə Dövlət İmtahan Mərkəzinin atdığı addımlar və verdiyi qərarlar təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır:

"Buna xeyli haqlı səbəblər də var. İmtahan qiymətlərinin dəyərindən qat-qat baha qiymətə olması, bir imtahanın çox uzun intervalla iki dəfə keçirilməsi Dövlət İmtahan Mərkəzinin bu illər ərzində gördüyü çox möhtəşəm işlərə və əla reputasiyasına zərər verir.
 
Yaxşı olardı ki, Dövlət İmtahan Mərkəzi magistr qəbul imtahanını fevral və iyun kimi uzaq aylarda edəcəyinə, bir-birinə yaxın aylarda, məsələn, may və iyun aylarında edərdi. Əks halda ictimaiyyət də bunun iki şans kimi deyil, kommersiya məqsədi olaraq anlamazdı”.

Ekspert düşünür ki, şənbə və bazar günləri ictimai nəqliyyatın işləməməsi və imtahan günlərinin isə həftə sonlarına salınması məcburiyyətdəndir və alternativi yoxdur:

"Nəzərə alsaq ki, imtahanların keçiriləcəyi binalar həftə içi tədris üçün istismardadır və eyni zamanda imtahan zal nəzarətçiləri də əsasən, məktəblərdə tədris aparır, magistr namizədlər üçün əlavə xərc yaratmış olsa da bu günün şərtlərində ən əlverişli addım məhz şənbə və bazar keçirilməsidir. Həm yolların tıxaclarla zəngin olduğu bu günlərdə qismən rahatlıq yaradar, həm də əlavə günlük stresdən namizədləri xilas etmiş olar”.

Xatırladaq ki, magistratura səviyyəsinə qəbul imtahanının ikinci şansının isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
 
Günay
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salındı

Qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar məktəblərdə şagirdlərin dərslərə davamiyyəti nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Sfera.az xəbər verir ki, bəz...

“Dövlət İmtahan Mərkəzinin qərarları reputasiyasına zərər verir” - Açıqlama

28 fevralda magistraturaya qəbul imtahanları keçiriləcək. Digər tərəfdən pandemiya ilə əlaqədar şənbə və bazar günləri ictimai nəqliyyat işləmir. Bu o deməkd...

Universitet özünə sui-qəsd edən gənclə bağlı məlumat yaydı

Məlum olduğu kimi bu gün üzücü hadisə yaşanıb. Ağcabədi Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ramil Axundov həyatına qəsd edib. Gəncin han...

Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq - SİYAHI

Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müv...

Məktəbli formaları dəyişdiriləcəkmi? - AÇIQLAMA

Məktəbli formaları ilə bağlı qaydalar hazırlanıb və artıq ictimai müzakirəyə çıxarılıb.  Sfera.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrull...

Əyani tədris alan şagirdlər üçün distant dərslər yenidən keçiriləcək?

Təhsil Nazirliyi fevralın 1-dən əyani tədris formasının tətbiqi ilə əlaqədar şagirdlərin həftənin müəyyən günlərində yenidən distant dərslər keçib-keçməyəcəyinə...