Dondurma müəssisəsi bağlandı - FOTOLAR

Dondurma müəssisəsi bağlandı - FOTOLAR

 

Mingəçevir şəhərində antisanitar şəraitdə dondurma istehsal edən müəssisəaşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, şəhərin M.Rəhimov küç., 81A ünvanında fiziki şəxs Əliyev Məhəmməd Yaqut oğluna məxsus antisanitar şəraitdə dondurma istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

İlkin baxış zamanl qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən müəssisədəsanitar-gigiyena vətexniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. Dondurma istehsalı müəssisəsində ventilyasiya sisteminin təmin edilmədiyi və istehsal sahəsində antisanitar şəraitin hökm sürdüyü aşkar edilib.

Müəssisədə istifadə olunan çənlərin və avadanlıqların dezinfeksiyasının aparılmadığı, qida məhsulları ilə birbaşa təmasda olan ləvazimatların yeyinti sənayesində istifadə olunmasının qadağan olunduğu müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal, su, vafli vədigər inqredientlərin laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı aşkarlanıb.

Aşkar olunan nöqsanlar əsasında dondurma istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgətədbirlər davam etdirilir.

 



OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...