Donald Trampın \"Rusiya sənədi\" ictimaiyyətə açıqlanacaq

Donald Trampın \
Amerika Birləşmiş Ştatlarında (ABŞ) apellyasiya məhkəməsi Robert Mullerin Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etdiyi iddialarını araşdıran istintaq materiallarının ictimaiyyətlə açıqlanmasına qərar verib.

Sfera.az xəbər verir ki, "Buzzfeed News"-un müraciətindən sonra məhkəmə Ədliyyə Departamentindən Muellerin hesabatının 10 hissəsinin ictimaiyyətə açıqlanmasını istəyib.

Məhkəmə heyəti aşağı instansiya məhkəməsinin hesabatın bəzi hissələrini məxfi saxlamaq qərarının məqsədəuyğun olduğunu, lakin "BuzzFeed News"un açıqlanmasını istədiyi hissənin, "Tramp və digərlərinin ittiham olunmamasını tövsiyə edən" hissəsinin ictimaiyyətlə paylaşılmasının lazım olduğunu bildirib.
Hakim Karen LeKraft Henderson, sözügedən bölmədə yeni məlumatların olmadığını və onun açıqlanmasının sözügedən şəxslərin reputasiyasına xələl gətirməyəcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ildə Robert Muller bu işlə bağlı xüsusi prokuror təyin edilib və seçki prosesi zamanı Trampın kampaniyasının fəaliyyəti araşdırılıb. Təxminən 2,5 illik araşdırmadan sonra Trampı mühakimə etmək üçün heç bir dəlil tapılmayıb və iş bağlanıb.
 
Əzizə Zeynal
 
 

OXŞAR XƏBƏRLƏR

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...