Distant təhsilə keçən məktəbin müəllimi koronavirusdan öldü - FOTO

Distant təhsilə keçən məktəbin müəllimi koronavirusdan öldü - FOTO
Azərbaycanda müəllim koronavirusdan vəfat edib. 

Sfera.az xəbər verir ki, Bakıda yerləşən R.Nəsrəddinov adına 39 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Təranə Abdullayeva bu gün COVID-19-dan ölüb. 

Xatırladaq ki, dünən yayılan rəsmi məlumatlarda koronavirusa yoluxma səbəbindən 39 saylı tam orta məktəbin fəaliyyətini distant formada davam etdirəcəyi bildirilib. 

Məlumatda həmin məktəbdə 2 müəllim, bir direktor müavini və bir texniki işçinin COVID-19 testinin müsbət çıxdığı qeyd edilib.

OXŞAR XƏBƏRLƏR