Distant təhsil hansı psixoloji gərginliklər yaradır – Psixoloqdan açıqlama

Distant təhsil hansı psixoloji gərginliklər yaradır – Psixoloqdan açıqlama

 

 

Yeni tədris ili başlayandan 90-dan artıq şahgirddə və müəllimlərdə koronavirus aşkarlanıb. Bu da öz növbəsində əyani təhsil alan məktəblilərin müəyyən müddətlik tamamilə distant təhsilə keçid mövzusunu aktuallaşdırır.


Maraqlıdır, distant təhsilin şagird və müəllimlərin psixologiyasına təsiri necə olacaq?


Məsələ ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova distant təhsilə keçidin emosional uşaqlarda problemlər yaradacağını qeyd edib:


"Distant təhsil artıq valideyn faktorunu önə çıxarır. Belə ki, əvvəllər müəllimlərdən narazılıq edən valiedynlər indi özləri bəlli məsuliyyət daşıyır. Artıq bəzi valideynlər uşaqlarını konsultasiyaya gətirir. Onların hərəsində bir cür bəhanə olur. Kimisi deyir distant təhsilə uyğun telefonum yoxdur, başqa biri daha fərqli problem deyir. Təbii ki, ilk növbədə distant təhsilə adaptasiya olmaq lazımdır. Yəni, təhsilin bu növünə öyrəşmək sonradan hansısa psixoloji gərginlik yaratmayacaq.

 

Emosional uşaqların virtual təhsil almaqla bağlı çox ciddi problemləri olacaq. Çünki emosional uşaq daimi bir yerdə qərar tuta bilmir və bu da tədrisin mənimsənilməsinə təsir edəcək. Məsələn, məktəbdə təhsil alan şagird 45 dəqiqə dərsdən sonra həmyaşıdları ilə tənəffüsə çıxır. Dəhlizdə gəzir və enerji sərf edir. Lakin bu hal evdə təkrarlanmır və nəticədə uşaq hərəkətsiz qaldığı üçün gərginləşməyə başlayır. Bundan əlavə evdə valideynlər arasında yaranan hansısa mübahisə və.s uşaqlara təsir göstərdiyi üçün onlar təhsilin istənilən növündən yayınacaqlar”.


Psixoloq məsafədən təhsilin tələbələrə təsir mexanizmindən də bəhs edib:


"Tələbələrdə isə məktəblilərdən fərqli olaraq bu hal dəyişir. Çünki onların yolda daha çox vaxt itkisi olur. Eyni zamanda onlar artıq müəyyən biliyə yiyələndiyi üçün əlavə bilgilər əldə etməklərinə qısa zaman kəsiyi də yetərlidir. Müəllimlərin tələbələrdə narazı olduğu məqamlar da var. Belə ki, əksər müəllimlər tələbələrin onlayn dərsləri önəmsəməsindən gileylənib, bildirirlər ki, bəzən tələbələr ya yemək yeyərək ya da elə ev halı ilə dağınıq bir şəkildə dərsə qoşulurlar. Bundan əlavə isə müəllimlərin texniki problemlər xaricində ciddi etirazları yoxdur”.


Əzizə

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...