DİŞİNİZƏ QOYUN, BİR NEÇƏ SANİYƏ SONRA DİŞ AĞRISINI BİRDƏFƏLİK UNUDACAQSINIZ!

DİŞİNİZƏ QOYUN, BİR NEÇƏ SANİYƏ SONRA DİŞ AĞRISINI BİRDƏFƏLİK UNUDACAQSINIZ!
Diş ağrısını necə kəsmək olar?
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, xüsusilə gecələr başlayan diş ağrısı insanı çarəsiz buraxır. Diş Həkimi, evdə diş ağrısıyla başa çıxmağın yollarını açıqladı.

1. Əvvəl diş üzərində və dişlərin arasında olan qida qalıqlarınıı, diş fırçası və diş ipindən istifadə edərək təmizlənməlidir. Yarım su stəkanına yarım çay qaşığı duz əlavə edib, bu su ilə ağızınızı yaxalayın. Su qətiyyən isti olmamalıdır.
 
2. Ağrıyan dişin üzərinə hər hansı bir ağrı kəsici dərman və odekolon qoymayın. Kimyəvi strukturları səbəbi ilə bu kimi dərmanlar diş ətində və ətraf yumşaq toxumalarda qıcıqlanmaya səbəb ola bilər.
 
3. İltihab səbəbi ilə şişlik varsa, o bölgəyə soyuq kompres edin.
 
4. Həkimə gedə bilmirsinizsə mütləq bir ağrı kəsici alın. Ancaq cox qəbul etmək olmaz.
 
5. Diş üzərində çürük səbəbi ilə oyuq meydana gəlmişsə bura çox az mixək yağı hopdurulmuş pambıq qoya bilərsiniz. Mixək ağrının azalmasını təmin edəcəkdir.
 
6. Ancaq, bu əməliyyatı edərkən mixək yağının diş ətinə sızmamasına diqqət edin. Çünki mixək yağı da yumşaq toxumaları məhv edici xüsusiyyətə malikdir. Mixəyin müalicə edici xüsusiyyəti olmadığı üçün qısa zamanda həkimə müraciət edin.
 
 
Saqlamheyat.az //
Sfera.az


OXŞAR XƏBƏRLƏR