Dırnaqlar bizi ölümcül xəstəlikdən xəbərdar edir - Qaraciyər yağlanmasının ağrısız əlamətləri

Dırnaqlar bizi ölümcül xəstəlikdən xəbərdar edir - Qaraciyər yağlanmasının ağrısız əlamətləri
Qaraciyər yağlanması insan həyatı üçün təhlükəli dəyişikliklərdən biri hesab edilir. Bu dəyişiklik insanın ən mühüm orqanı olan qaraciyərin öz funksiyasını yerinə yetirməsini çətinləşdirə, hətta tam dayandıra bilər.
 
Qaraciyər yağlanmasının insanlar üçün yaratdığı ən böyük risk onun öncədən müəyyənləşdirilməsinin çətin olmasıdır. Amma həkimlər hesab edir ki, insanlar özündə müşahidə etdiyi bəzi dəyişikliklərə diqqət yetirməklə yağlanmanı öncədən təsbit edə bilər.
 
Sfera.az Amerika Qaraciyər Vəqfinə istinadən bildirir ki, erkən mərhələlərdə yağlanmanın heç bir simptomu olmasa da, bəzi dəyişikliklər qaraciyər yağlanmasının xəbərçisidir. İlk növbədə əldə baş verən bir neçə dəyişiklik qaraciyər yağlanmasının əlamətidir. Əl içinin ağarması və dırnaq yataqlarında saralma qaraciyəri yağlanmasının xəbərçisi ola bilər.

Dərinin və göz ağlarının saralması, qarının orta və ya yuxarı sağ hissəsində narahatlıq hissi də qaraciyər yağlanmasının göstəricidir. Tünd qara qatranlı nəcis və ya tünd sidik ifraz edən şəxslər də təcili tibbi yardım axtarmalıdır. Digər ciddi simptomlar qan qusması, göyərmə, dəri qaşınması və qarnın aşağı hissəsinin şişməsidir.

Mütəmadi spirtli içki qəbul edənlər də qaraciyər yağlanması ilə rastlaşır. Bu halda ilk tədbir spirtli içkilərdən imtina etməkdir. Əgər sizdə yağlı qaraciyər xəstəliyi varsa, alkoqoldan qaçınmaq zərəri aradan qaldıra bilər.

Diabet, yüksək qan təzyiqi və böyrək xəstəliyi kimi digər sağlamlıq problemləri varsa, bunlar da qaraciyər yağlanmasının xəbərçisi hesab olunur.
 
Yaxşı xəbər odur ki, yağlı qaraciyər xəstəliyi tez-tez balanslaşdırılmış pəhriz yemək, fiziki cəhətdən aktiv olmaq və arıqlamaqla dayandırıla, hətta qaraciyəri əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Üstəlik, qaraciyəriniz nə qədər az zədələnirsə, onu əvvəlki vəziyyətinə bərpa etmək bir o qədər asandır. Hətta ciddi zədələnmə olsa belə, qaraciyər müəyyən qədər özünü bərpa edə bilər.
 
Vasif
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Həftənin ulduz falı – Hansı bürcü nə gözləyir?

Günəş enerjisinin aktiv olduğu bir həftədəyik. Həftənin başlanğıcında, xüsusən bazar ertəsi yaşadıqlarınızı qeyd edin çünki bu hadisələr gələcək 6 ayda başını...

İnsanlar falçıların, cadugərlərin toruna necə düşür? – Açıqlama

Cəmiyyətin əsas bəlalarından biri də özünü falçı adlandıranların toruna düşən şəxslərdir. Xüsusilə xanımlar arasında falçıların yanına gedən, bu kimi insanlar...

Məşhur yarışmada Azərbaycanla bağlı maraqlı SUAL

Türkiyədə keçirilən "Kim milyonçu olmak istəyər?" yarışmasınaa Azərbaycanla bağlı sual damğa vurub. Sfera.az xəbər verir ki, iştirakçılardan birinə "Hansı...

Günəş tutulması bürclərə necə təsir edəcək?

Xəbər verdiyimiz kimi bu gün ilin sonuncu Günəş tutulması baş verib. Bu təbiət hadisəsi bir neçə bürcə təsirsiz ötüşməyəcək.  Bəs hansı bürc nə qədər təsir...

Onları daha yaxşı tanıyın! - Bürclərin ən qaranlıq sirləri

Hamının açıqlamaq istəmədiyi sirlərinin olduğu bəllidir. Bəziləri özünü insanlara olduqlarından başqa cür təqdim edirlər. Bürclərin də özlərinəməxsus gizli xüsu...

Bu 5 bürcün nümayəndələri 2022-ci ildə ani qərarla evlənəcəklər

Yeni ilin başlamasına bir neçə həftə qalıb. Pələng ilində insanları nələrin gözlədiyi ilə bağlı məlumatlar isə hamıya maraqlıdır.   Sfera.az bu dəfə 2022...