No Image
No Image

DİN İsmayıllıda toyda bıçaqlanan bəy və qardaşı ilə bağlı məlumat yaydı - VİDEO

DİN İsmayıllıda toyda bıçaqlanan bəy və qardaşı ilə bağlı məlumat yaydı - VİDEO
DİN İsmayıllıda baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-ya bildirib ki, İsmayıllıda münaqişə zəminində iki qardaş olan İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb, Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221-ci ("Xuliqanlıq") maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törədən şəxsin şəhər sakini Hafiz Ağazadə olduğu müəyyən edilib. Onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər saytlarında hadisə zamanı Cavid Əhmədov adlı İsmayıllı RPŞ-nin əməkdaşının həmin münaqişədə iştirak etməsi barədə informasiya yayılıb. Qeyd edək ki, polis şöbəsinin Post Patrul Xidmətində həmin adda əməkdaş xidmət aparmır. Həmin şəxsin kimliyi barədə araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək.



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR