DİN-dən yas mərasimi təşkil edənlərə XƏBƏRDARLIQ

DİN-dən yas mərasimi təşkil edənlərə XƏBƏRDARLIQ
Bu gün Salyanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb. Məlumata görə, Salyan rayon sakini İbrahim Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon ərazisində keçirilən yas mərasimlərinin birində iştirak edib.

Məlumdur ki, pandemiya dövründə yas mərasimlərinin təşkili ilə bağlı Operativ Qərargahın qadağası hələ də qüvvədədir. Lakin qanunları pozaraq yas məclisləri təşkil edənlərin sayı heç də az deyil. Bəs görəsən, bu şəxslərlə bağlı hansı tədbirlər görülür?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı  suallarını Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavablandırıb. O bildirib ki, belə məclisllərin təşkili aşkar edildikdə hüquqi və fiziki şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin birinci hissəsinə uyğun olaraq tərtib olunur: "Ümumilikdə dəfn mərasimləri istisna olmaqla yas mərasimləri ilə bağlı hansısa formada kütləvi toplaşmağa Nazirlər Kabinetinin yanında Operativ Qəraragah tərəfindən qadağa qoyulub. Bu nümunədə də konkret şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür. Aşkarlanan hallarla bağlı tədbirlər davam etdirilir".

Pandemiya dövründə yas mərasimlərinin təşkili ilə bağlı saxlanılan şəxslərin sayına gəlincə, DİN rəsmisi bildirdi ki, bununla bağlı dəqiq statistika yoxdur.

"Vətəndaşları pandemiya şəraitində qoyulan qadağalara əməl etməyə çağırırıq", - deyə Elşad Hacıyev bildirib.
 
(redaktor.az)

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...