DİN-dən Sevincin qətli ilə bağlı - AÇIQLAMA

DİN-dən Sevincin qətli ilə bağlı - AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə paytaxtın Xəzər rayonunda həyat yoldaşı tərəfindən qətlə yetirilən qadının hüquqları ilə bağlı polisin hərəkətsizliyi, hər hansı qanunamüvafiq tədbir görülməməsi ilə əlaqədar yayılan iddialara münasibət bildirib.

Sfera.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələyə belə aydınlıq gətirib: 

"Səsləndirilən iddialarla bağlı diqqətə çatdırıram ki, cari ilin mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt S.Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib".

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Prezident "ASAN XİDMƏT"lə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin e...

Son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 885  yeni yoluxma faktı qeydə alınıb, 2114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az&nb...

“Prezidentin yürüşdə yoldaşımın fotosunu daşıdığını görəndə çox təsirləndim”

"Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə həyat y...

Sabiq nazir polisləri evində xadimə, çoban, balıqçı, otbiçən kimi işlədirmiş...

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sa...

Yoluxanların bu günə olan sayı AÇIQLANDI

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1356 yeni yoluxma faktı qeydə alınıb,  2651 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az x...

"Payızda ötən ildəkindən daha güclü dalğa gözlənilir, hazır olmalıyıq" – Rəşad Mahmudov

"İstənilən dalğanın başlanğıcı olduğu kimi sonu da olur. Sonuncu dalğa təxminən 6-7 həftədir başlayıb və ay yarımdan sonra dalğalar pik həddə çatıb, sonra sönmə...