Devalvasiya iddiası: Hansı hallarda manat ucuzlaşdırıla bilər?

Devalvasiya iddiası: Hansı hallarda manat ucuzlaşdırıla bilər?
Azərbaycanda son aylarda yenidən devalvasiyanın olacağına dair iddialar, ehtimallar səsləndirilməkdədir. 2015-ci ilin acı təcrübəsi ilə əlaqədar bu fərziyyələrə inanan kifayət qədər insan var.
 
Bəs, indiki iqtisadi göstəricilərlə ölkəmizdə yenidən devalvasiyanın baş verməsi ehtimalı nə dərəcə realdır, devalvasiya hansı hallarda baş verə bilər?
Sfera.az bildirir ki, iqtisadi baxımdan dollar/manat məzənnəsinin dəyişməsi tədiyə balansının vəziyyətindən asılıdır.

Tədiyə balansı nədir? 

Sadə formada izah etsək, tədiyə balansı müəyyən dövrdə ölkədən çıxan dollarla, ölkəyə daxil olan dolların fərqini göstərir. Ölkədən çıxan dollar, ölkəyə daxil olan dollardan çox olduqda manatın ucuzlaşması üçün əsas yaranır, əks hallarda məzənnə sabit qalır, yaxud manat bahalaşır.

Lakin tədiyə balansında kəsir yarananda Mərkəzi Bank devalvasiya qərarı verməyə tələsmir, bu halda 2 göstəriciyə diqqət yetirir: birincisi, kəsirin məbləği nə qədər böyükdür, ikincisi, kəsir hansı müddətə aradan qalxa bilər.

Əgər kəsirin məbləği bir neçə yüz milyon dollar, yaxud 1-2 milyard dollardırsa və  bu kəsir 1 ildən sonra aradan qalxacaqsa, o halda devalvasiyaya gedilmir. Amma kəsirin məbləği çox böyükdürsə, məsələn, 3-4 milyard dollar və ya daha çox, həmçinin kəsirin qısa müddətdə aradan qalması ehtimalı azdırsa, bu halda Mərkəzi Bank vaxt itirmədən devalvasiyaya gedir.

Azərbaycanda son illərdə tədiyə balansında bir neçə dəfə kəsir yaranıb. 2015-2016-cı illərdə və 2020-ci ildə tədiyə balansında kəsir olub. İndiyə qədər 2 dəfə kəsirin yaranmasına baxmayaraq, yalnız 2015-ci ildə devalvasiya qərarı verilib.

Çünki öncə də qeyd etdiyimiz kimi, həmin dövrdə həm kəsir böyük olub (11,33 milyard dollar), həm də kəsirin qısa müddətdə aradan qalxma ehtimalı yox idi.

Lakin 2020-ci ildə 2 milyard dollara yaxın kəsirin yaranmasına baxmayaraq, Mərkəzi Bank devalvasiya qərarını vermədi. Bunun da yeganə səbəbi kəsirin qısa müddətdə aradan qalxacağına dair proqnozların güclü olması idi.

Həqiqətən də 2021-ci ildə tədiyə balansında müsbət fərq yarandı və devalvasiya təhlükəsi aradan qalxdı. Mərkəzi Bankın 2021-ci ilin yanvar-sentyabr aylarına dair açıqladığı məlumat göstərir ki, tədiyə balansında 2,44 milyard dollar müsbət fərq var. Müsbət fərqin ilin yekununda 3,5-4 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.

Azərbaycanın tədiyə balansının vəziyyəti daha çox neftin ixrac qiyməti ilə bağlıdır. İxrac qiyməti 50 dollardan aşağı düşmədikdə kəsirin yaranması ehtimalı olmur.

Hazırda neftin orta qiyməti 85 dollar ətrafında dəyişir və proqnozlara əsasən, 2022-ci ildə orta qiymət 70 dollardan aşağı düşməyəcək. Qarşıdakı illərdə qaz ixracının da artacağını nəzərə alsaq, tədiyə balansında kəsirin yaranması ehtimalı azdır.

Buna görə də nə 2022-ci ildə, nə də yaxın 2-3 ildə devalvasiyanın olma ehtimalı yoxdur. Yalnız Mərkəzi Bank və hökumət müəyyən məqsədlər (qeyri-neft ixracının artırılması, daha çox turistin cəlb edilməsi və s.) naminə devalvasiya qərarı verə bilər. Ancaq belə məqsədlər üçün devalvasiyanın faydalı olacağı iddiası reallıqda öz təsdiqini tapmayıb.

Vasif
Sfera.az

   
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyənin Azərbaycanla imzalayacağı svop anlaşmasının DETALLARI BƏLLİ OLDU

Türkiyənin yaxın həftələrdə Azərbaycanla svop müqaviləsi bağlayacağı gözlənilir.   Sfera.az xəbər ki, bu haqda məlumat "Middle East Eye” saytında yer alı...

Mərkəzi Bank faizləri artırmağa davam edəcək

Azərbaycan Mərkəzi Bankı ötən ilin sentyabrından faiz dərəcələrinı artırır. Faiz dərəcələrinin artırılması qərarına təsir edən əsas amil isə inflyasiya səviyyəs...

Banklar dolları niyə limitlə satır? – “Buna ehtiyac yoxdur…”

Son günlər dünya bazarında neftin qiymətində artım müşahidə olunur. Hazırda "Brent” markalı neftin bir barreli 88,42 dollara, yüngül neftin bir barreli 86,44 ...

Azərbaycan niyə üzən məzənnə rejiminə keçə bilmir? – SƏBƏBLƏR

Üzən məzənnə rejiminə keçidin vacib olması ilə bağlı təkliflər yenidən səsləndirilir. Millət vəkili Vahid Əhmədov bildirib ki, manat gec-tez sərbəst buraxılacaq...

"Mövcud sistem dəyişəcək, qlobal pul vahidləri "konfet kağızı"na çevriləcək" - XƏBƏRDARLIQ

"İnsan hüquqları sırasında sabit pula hüquq yoxdur. Seksual azlıqların belə hüquqları tanınır, amma vətəndaşın dövlətdən sabit pul tələb etmək hüququ yoxdur”. ...

İdxalda bahalaşma 20 faizi ötdü: Ən çox bu malların qiyməti ARTIB

2021-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın idxal etdiyi malların dəyəri 21,2 faiz yüksəlib.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən...