Dərsliklər gələn həftə paylanacaq

Dərsliklər gələn həftə paylanacaq

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklərin məktəblərə çatdırılması artıq yekunlaşıb. 

Təhsil Nazirliyindən verilən məlumata görə, sentyabrın 6-dək dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.

Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumtəhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinliklər yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur. 2019-2020-ci tədris ilində şagirdlərin istifadəsinə veriləcək dərsliklər, əsasən əvvəlki illərdə istifadə olunmuş, yalnız bir hissəsi isə 2019-cu ildə yeni çap olunmuş dərsliklərdir.


 

 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda təhsil haqqı artırıldı — SİYAHI

 Doqquzillikdən kolleclərə qəbulda illik təhsil haqları bir neçə kollec üzrə artırılıb.   Sfera.az  xəbər verir ki, bu barədə təhsil ekspert...

Yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə Təhsil Naziri münasibət bildirdi

  "COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Res...

Türkiyədə oktyabrın 1-dən sonra ali məktəblər açılacaq

  Türkiyədə ali məktəblərin yeni tədris ilinə başlama tarixi məlum olub.  Türkiyə Ali Təhsil Şurası bildirilib ki, bu, oktyabrın 1-dən sonra ol...

Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur

  Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, bu təhsil pilləsində tədris prosesinin distant for...

Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI

 Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə bu gün keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının düzgün cavab...

DİM imtahan verəcək abituriyentlərə müraciət etdi

  Dövlət İmtahan Mərkəzi 13 və ya 14 avqust tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə müraciət edib. Mərkəzdən Sfera.az-a verilə...