Cəmİyyət

Deputat: “Heç bir təşvişə, ajiotaja ehtiyac yoxdur”

Deputat: “Heç bir təşvişə, ajiotaja ehtiyac yoxdur”
 
"Çalışmalıyıq ki, günün çox hissəsini evdə keçirək".

Bu sözləri Azxeber.com-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, hər bir vətəndaş diqqətli olmalıdır:
 
"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri hər həs tərəfindən ciddi qəbul olunmalıdır və hər birimiz çalışmalıyıq ki, bu tövsiyələrə əməl edək. Əks təqdirdə bunun nəticələri heç də yaxşı olmaya bilər. Dövlətimiz bütün tədbirləri görür”.
 
O bu gün Gəncə şəhərində bir sıra əczaxana və marketlərə baş çəkdiyini bildirib: "Bu gün Gəncə şəhərində bir çox əczaxanalara baş çəkdim. Çox sevindirici haldır ki, maska və digər gigiyenik vasitələrlə bağlı heç bir problemlə rastlaşmadıq. Satıcıların da qeyd etdiyi kimi, bu vasitələr normal formada hər bir alıcı üçün təmin edilir. Bununla yanaşı böyük market və mağazalarda olduq. Çox sevindirici haldır ki, sosial şəbəkələrdə paylaşılan ajiotajlı bir hal ilə rastlaşmadıq. Ancaq Gəncədə əhali daha çox əhalinin un almağa üstünlük verdiyinin və daha çox topdan satış məntəqələrində növbələrin olduğunun şahidi olduq. Orada da əhali ilə söhbət edib, onlara anlatmağa çalışdıq ki, ajiotaja ehtiyac yoxdur. Daha yaxşı olar ki, insanların çox olduğu yerlərdən kənar qaçaq. Tövsiyə olunan qaydalara əməl edək”.
 Deputat deyib ki, internet provayderləri əhaliyə xidməti daha da artırmalıdır:  

"Qarşılaşdığımız ən böyük problem internet provayderləri ilə bağlıdır ki, bu da müəyyən çətinliklər yaradır. Mən məsləhət görərdim ki, provayderlər bu günlərdə daha sürətli internetin təmin olunması üçün əllərindən gələni etsinlər".

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930