Deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çap olundu

Deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi” kitabı özbək dilində çap olundu
Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi” kitabı Daşkənddəki "Renessans press” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunub.

Sfera.az xəbər verir ki, kitabı orijinaldan tanınmış jurnalist Rüstəm Cabbarov tərcümə edib.

Kitabı çapa hazırlayan və "Ön söz”ün müəllifi AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlidir.

Əsər "Tarixdən doğulan gələcək”, "Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi”, "Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri”, "Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti”, "Sarsılmaz təməllər üzərində və Türk Dövlətləri Birliyinin strategiyası” fəsillərindən ibarətdir və müəllif bu günün tələblərinə uyğun olaraq əsərin özbək variantı üçün yeni faktlardan istifadə edib.

Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması ideyasına həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır, türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, Böyük İpək yolu siyasətinin, Avrasiya geosiyasətinin inkişafı tarixində türklərin rolu, Avrasiyanın "Türk konsensusu" yeni yanaşma kontekstində təhlil edilir.

Kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur - FOTO

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq pro...

"Bu gün şəhid məzarlıqlarına başıuca gedirik"

Könül İsmayılova: "Şəhid ailələrinə, qazilərə münasibətdə xüsusi yanaşma olmalıdır" Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-...

Tanınmış jurnalist ATV-dən getdi - FOTO

Tanınmış jurnalist Kərəm Ələsgərov Azad Azərbaycan televiziyasından (ATV) ayrılıb. Sfera.az bildirir ki, bu barədə manset.az-a K.Ələsgərov məlumat verib: ...

Qıpqırmızı geyimdə Şəhidlər Xiyabanına gələn qadın kimdir? - FOTO

Anım Günündə başdan-ayağa qırmızı geyinərək Şəhidlər Xiyabanına gələn qadının fotoları sosial şəbəkələrdə geniş yayılıb. Sfera.az Bakupost.az-a istinadən ...

Zakir Həsənov generala yeni VƏZİFƏ VERDİ - FOTO

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov vəzifəsindən azad edilib. Sfera.az bildirir ki, bununla bağlı Müdafiə naziri, gen...

Kamran Əliyev Kəlbəcər və Qubadlıda hərbi prokurorluq binalarının açılışını etdi - FOTOLAR+VİDEO

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 1 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əl...