Deputat Ağalar Vəliyevin bu addımı gülüş hədəfi oldu – Seçiciyə Məşhəd xidməti

Deputat Ağalar Vəliyevin bu addımı gülüş hədəfi oldu – Seçiciyə Məşhəd xidməti
Milli Məclisin deputatı Ağalar Vəliyevin seçicilərini Məşhəd ziyarətinə göndərməsi sosial şəbəkələrdə etirazla qarşılanıb.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat olan A. Vəliyev haqlı olaraq tənqid olunub, vəzifəsi olan seçicilərin problemlərini parlamentdə qaldırmaq əvəzinə onları ziyarətgaha göndərməsi ironiya ilə qarşılanıb.

Bildirək ki, deputatın təşəbbüsü və maliyyə dəstəyilə  Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı seçki dairəsinə daxil olan yaşayış məntəqələrindən  şəhid ailələri, Qarabağ Müharibəsinin iştirakcıları və digər az təminatlı ailələr əhatə olunmaqla Məşhəd ziyarətinə göndəriləcək 30 nəfər mömin seçici qəbul edilib.

Görüşdə o deyib ki, dövlətimizin uğurlu din siyasətinə dəstək kontekstində hər il maddi imkanı məhdud olan bir qrup mömin seçicinin ölkə xaricindəki müqəddəs ocaqlara ziyarətə göndərilməsi artıq xoş ənənə halını alıb. Son 3 il ərzində deputat adı çəkilən rayonlardan 120 nəfəri Məşhəd, 17 nəfəri isə Həcc  ziyarətinə göndərdiyini qeyd edib.

Qəbul bitdikdən sonra yerli ictimaiyyətin nümayəndələrinin iştirakı ilə 30 zəvvar xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Məşhəd ziyarətinə yola salınıb.

Bu haqda açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri A. Vəliyevi qınayaraq "heç olmasa, 30 imkansız tələbənin təhsil haqqını ödəyəydi” deyə etirazlarını bildiriblər.

//"Yeni Sabah”

OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Temesgen Tirunehin ilə GÖRÜŞDÜ

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiy...

Bu MMC-nin rəhbəri 20 min manat CƏRİMƏLƏNDİ

"Asel Kredit BOKT” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Qaza...

Azərbaycanlı 19 kursant Türkiyədə səkkiz aylıq kursu TAMAMLADI

Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar....

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış OLDULAR

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.   Sfera.az xəbər verir ki, ma...

Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - Sizi bu yolla aldadırlar

“Etibarnamə yolu ilə əmlak almayın”.   Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzliyev deyib. Onun sözlərinə...

İsraildən Türkiyənin addımına CAVAB: "Ləğv edirik"

Türkiyənin birtərəfli qaydada İsraillə xarici ticarət əlaqələrinə son verməsi qarşı tərəfin də adekvat addım atmasına səbəb olub.  Sfera.az “Blo...