"Delta" ştamına yoluxan bu şəxslərin ciddi müalicəyə ehtiyacı yoxdur

"Koronavirusun yeni "Delta" ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha tez sağalır. Əgər xəstənin oksigen saturasiyası 95-dən yuxarıdırsa, boğulma, təngənəfəslik, ciddi halsızlıq və yanaşı ağır xəstəliyi yoxdursa panikaya heç bir əsas yoxdur".
 
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev deyib.

O bildirib ki, əgər xəstəliyi yüngül keçirirsizsə heç bir ciddi müalicəyə ehtiyac yoxdur:

"Cavan, yanaşı ağır xəstəliyi olmayan, saturasiyası 98-99, - hərarəti-38 olsa belə, - müvafiq qan analizlərində vitamin D çatışmazlığından başqa dəyişiklikləri demək olar ki, olmayan, iştahası normal olan, yəni xəstəliyi yüngül keçirən şəxsin narahat olmasına heç bir əsas yoxdur. Demək ki, xəstəliyi yüngül keçirir və parasetamol, vitamin D, C və s. bu kimi yüngül, köməkçi preparatlar təyin edib, bol maye qəbul etməyi tövsiyə edirik.

Əgər xəstəliyi yüngül keçirirsizsə heç bir ciddi müalicəyə ehtiyac yoxdur. Çünki "Delta" ştamı əvvəlkilərdən daha yüngül əlamətlərlə keçir. Qorxudan gedib lazım olmadığı halda KT və digər müayinələrdən, analizlərdən keçməyin.

Pandemiyanın bitəcəyi zamanı, yeni ştamların olub olmayacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Amma görünən odur ki, virus get-gedə zəifləyir. Yəni, "Delta" ştamının yaratdığı xəstəlik əvvəlki ştamlardan daha zəifdir. Hazırda bütün dünyada bu, müşahidə edilir. Yoluxma sayının qalxması təhlükəli deyil". 
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ağciyərlərdə yaranan buzlu şüşənin ən effektli müalicəsi nədir?

Bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. Sfera.az xəbər verir ki, o, insanların pandemiyaya qalib gəl...

Televizor qarşısında yatsanız, bu xəstəliklər... – Xəbərdarlıq

Alimlər gecə yatarkən otaq lampasını yanılı qoyan, o cümlədən televizor qarısında yatan insanlarda müxtəlif simptomlar müşahidə ediblər. Dişi siçanlar üzərində ...

HƏKİMDƏN ÇAĞIRIŞ: "Virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var"

"İndiki pandemiya olmasaydı, bu qədər şpris, bu qədər dərman, bu qədər tibbi avadanlıq, aparaturalar və s. satılacaqdımı? Kim idi məsələn D dimer, ferritin kimi...

7 saata 1001 dərdi müalicə edən su

Qoz suyunun faydaları Qoz həm yeməklərə, həm şirniyyatlara ləzzət qatan, vitamin, minerallarla zəngin ən nəfis çərəzdir. Onun faydasını saymaqla bitirmək ...

ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"

Koronavirusa qarşı "rMNC" peyvəndinin qəbulu üç doza tələb edə bilər. Sfera.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi "The Telegraph" ...

Mutasiya olunmuş COVID-19-un ikiqat təhlükəli olduğu AŞKARLANDI

ABŞ-ın Merilend Universitetinin alimləri mutasiyaya uğramış koronavirusun hava yolu ilə daha yaxşı ötürüldüyü qənaətinə gəliblər. Sfera.az xəbər verir ki,...