Dakar rallisində ağır qəza baş verdi

Dakar rallisində ağır qəza baş verdi
Dakar ralli marafonunun beşinci mərhələsində ağır qəza qeydə alınıb.

Sfera.az xəbər verir ki, "SRT Racing" komandasının Səudiyyə Ərəbistanından olan pilotu Yasir Seaydan və rusiyalı şturman Aleksey Kuzmiç ciddi qəza keçirib.

Avtomobil magistral yolda aşaraq alovlanıb. Maşından düşməyi bacaran ekipaj xilasedici helikopter çağırıb. Hadisə yerinə gələn həkimlər sürücüləri ilkin müayinədən keçirdikdən sonra onların sağlıq durumlarının təhlükədə olmadıqlarını bildiriblər.

Qeyd edək ki, yekunda Yasir Seaydan və Aleksey Kuzmiç 10-cu yeri tutublar. Bununla da ekipaj "Dakar-2022"də çıxışını başa vurub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR