Daha bir qurum sürücülərə xüsusi hazırlıq keçəcək

Daha bir qurum sürücülərə xüsusi hazırlıq keçəcək
 

Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlığı Bakı Nəqliyyat Agentliyi ilə yanaşı, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi keçirəcək.

Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Dəyişikliyə əsasən, həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində "orqan (qurum)” dedikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi nəzərdə tutulur.

Qeyd edək ki, "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsində sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər müəyyənləşib. Həmin Qanunun 27.3-cü maddəsində deyilir ki, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və keçirilir.


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...