Daha bir erməni hərbçinin qalıqları Suqovuşanda tapıldı

Daha bir erməni hərbçinin qalıqları Suqovuşanda tapıldı
Qarabağda 44 günlük müharibə zamanı ölən daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Sfera.az  xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan” yayıb.

Cəsəd Suqovuşanda tapılıb. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizadan sonra müəyyən ediləcək.

Bildirilir ki, 2020-ci il noyabrın 9-u imzalanan bəyanatdan sonra bu günə qədər hərbi əməliyyatların həyata keçirildiyi ərazilərdə 1705 erməni hərbçinin cəsədi və cəsədinin qalıqları aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR