Daha bir dünya çempionatı 2022-ci ilə təxirə salındı

Daha bir dünya çempionatı 2022-ci ilə təxirə salındı
 

Yaponiyanın Fukuako şəhərində 2021-ci ildə keçirilməsi planlaşdırılan su idmanı üzrə dünya çempionatı təxirə salınıb. 

Sfera.az  Beynəlxalq Üzgüçülük Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, mundial 2022-ci ildə olacaq. 

Yarış 13 - 29 mayda baş tutacaq. 

Dünya çempionatının vaxtının dəyişdirilməsi Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınması ilə bağlıdır. 

Qeyd edək ki, bu il 24 iyul - 9 avqustda keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək yarış avqustun 8-dək davam edəcək.


OXŞAR XƏBƏRLƏR