DÇ-2022: Xorvatiya millisi final mərhələsinə vəsiqə qazandı

DÇ-2022: Xorvatiya millisi final mərhələsinə vəsiqə qazandı
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.

Sfera.az xəbər verir ki, ilk oyun gününün 3 qarşılaşması artıq yekunlaşıb. Bu matçların hamısı H qrupunda baş tutub.

Qrupun əhəmiyyətli görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib. Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.

Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib, Sloveniya isə evdə Kipri üstələyib.

DÇ-2022, seçmə mərhələ
X tur
14 noyabr

H qrupu

18:00. Malta - Slovakiya - 0:6

Qollar: Albert Rusnak, 6; 16, Ondrey Duda, 8; 69; 80 Vernon De Marko, 72

Qırmızı vərəqə: Rayan Kamenzuli, 47, Teddi Teuma, 51 (hər ikisi Malta)

18:00. Sloveniya - Kipr - 2:1

Qollar: Miha Zayts, 48, Adam Qnezda-Çerin, 84 - Andronikos Kakulis, 89

18:00. Xorvatiya - Rusiya - 1:0

Qol: Fyodor Kudryaşov, 81 (avtoqol)

Xal durumu: Xorvatiya - 23, Rusiya - 22, Slovakiya - 14, Sloveniya - 14, Malta - 5, Kipr - 5.

Qeyd edək ki, indiyədək Avropa zonasından Xorvatiya ilə yanaşı, Almaniya, Danimarka, Fransa və Belçika yığmaları da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.

OXŞAR XƏBƏRLƏR