Üçüncü Qarabağ savaşı başlaya bilər - Ruslar tərəf tutacaq?

Üçüncü Qarabağ savaşı başlaya bilər - Ruslar tərəf tutacaq?
"Bundan sonra Azərbaycan və Ermənistan arasında genişmiqyaslı bir müharibənin olması real deyil. Çünki 44 günlük müharibə zamanı Ermənistan ordusuna dəyən ziyanın yaxın 50 ildə bərpa ediləcəyi çətin məsələdir".

Bu barədə sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov son zamanlar tez-tez səsləndirilən III Qarabağ müharibəsinin başlama ehtimalı haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, buna baxmayaraq, III Qarabağ müharibəsinin başlamaq ehtimalı var:

"Lakin bu, heç də Birinci və ya İkinci Qarabağ müharibəsi kimi genişmiqyaslı bir müharibə olmayacaq. Məsələ ondadır ki, indiki halda rəsmi İrəvanın Azərbaycanla müharibə etmək üçün nə kifayət qədər hərbi gücü, nə də müharibəyə cəlb edəcək canlı qüvvəsi var. Bununla belə, Xankəndidəki keçmiş və qondarma "dqr”in ehtimal təxribatları və ya yaradacağı gərginlik qarşısında Azərbaycan tərəfi hərbi əməliyyatlara başlaya bilər. Yəni III Qarabağ müharibəsi mahiyyət etibarilə antiterror əməliyyatı olacaq.

Azərbaycan Ordusu müharibədən yeni çıxmasına baxmayaraq, kifayət qədər güclüdür. Ermənilərin bölgədəki ehtimal gərginlik yaratmaq cəhdinin qarşısı antiterror əməliyyatı ilə alına bilər”.

Politoloq III Qarabağ müharibəsinin başlayacağı təqdirdə rus sülhməramlılarının atacağı addım barəsində də danışıb:

"Düşünmürəm ki, belə bir hal baş versə, rus sülhməramlıları tərəf tutsun. Çünki sülhməramlı kontingentin sahib olduğu silahlar sadəcə, özlərinin təhlükəsizliyini qoruyacaq qədərdir. Yəni regionda başlayacaq ehtimal müharibə qarşısında sülhməramlıların tərəf tutmaq üçün lazımi gücü və texnikası yoxdur”.
 
(hit.az)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...