No Image
No Image

Üçtərəfli görüşü “izləyən” heykəl - FOTO

Üçtərəfli görüşü “izləyən” heykəl - FOTO
Ötən gün Prezident İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş baş tutub.

Sfera.az xəbər verir ki, görüşün keçirildiyi otaqda olan heykəl olduqca diqqət çəkib. Putinin iş otağında olan bu heykəl kimindir? 

İlk əvvəl bildirək ki, bu görüş Senat sarayında, "Oval” zaalda baş tutub. Bina Böyük Yekaterinanın sifarişi ilə Rusiya İmperiyasının əzəməti və aliliyi şərəfinə Matvey Kazakov tərəfindən inşa edilib. 

Saray  "Oval” və "Yekaterina” zallarından ibarətdir və "Oval” zal hazırda Vladimir Putinin iş otağıdır. Orada 4 tarixi şəxsin heykəli mövcuddur. Bu şəxslər I Pyotr, II Yekaterina, I Nikolay və II Aleksandırdır. 
 
Ötən gün çəkilən fotolarda yer alan heykəl isə II Aleksandra məxsusdur. O,  Rusiya imperiyasının XII imperatorudur. II Aleksandr bununla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarını da daşıyıb. Onun hakimiyyət dövrü Rusiya İmperiyasının Asiya qitəsində öz nüfuzunu gücləndirməsi ilə xarakterizə edilə bilər. 

Qafqaz müharibəsinin ən qızğın dövrü də məhz  II Aleksandrın hakimiyyət illərinə təsadüf edir. Bildirək ki, Qafqaz müharibəsi 1817-ci ildə Qafqaz xalqlarının azadlıq hərəkatı kimi başlayıb və daha sonra Şeyx Şamil tərəfindən rəhbərlik edilən bir daxili müharibəyə çevirilib. 

Müharibə 1864-cü ildə II Aleksandrın hakimiyyəti dövründə Rusiya imperiyasının qələbəsi ilə başa çatıb və hadisələr nəticəsində minlərlə Çərkəz yaşadığı torpaqlardan sürgün edilib. Bundan 17 il sonra, yəni 1881-ci il martın 13-də Sankt-Peterburq şəhərində II Aleksandra sui-qəsd təşkil edilib və bir necə gün sonra sarayda həyatını itirib. 
 
/Yenisabah
 
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda intihar edən gəncin kimliyi bilindi

Bakıda intihar edən gəncin kimliyi bilindi. Sfera.az xəbər verir ki, Xətai rayonunda intihar edən şəxsin kimliyi bilinib. Yanvarın 26-da saat 15 radələrin...

Bağçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşa şəhərində inşasını nəzərdə tutduqları məktəb layihəsindən danışıb. Sfera.az xə...

Aygün Kazımovanı arxada qoydu, vərəmə tutuldu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sfera.az azərbaycanlı müğənni Sevil Hacıyeva haqqında maraqlı faktları təqdim edir. Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anada...

“Britaniya” ştammının ilk mikroskopik FOTOSU

İngiltərədə ortaya çıxan koronavirusun mutasiya olunmuş yeni növünün ilk mikroskopik şəkili çəkilib. Sfera.az  xəbər verir ki, foto İstehlakçı Hüquql...

Moskvada son 140 ilin rekord temperaturu qeydə alındı

Rusiyanın paytaxtı Moskvada bu gün son 140 ildə həyata keçirilən meteoroloji müşahidələrin bütün dövrü üçün ən yüksək temperatur qeydə alınıb. Sfera.az xə...

Rəmişin son halı - FOTO

Səhhətində problem olan Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) yeni görüntüsü yayılıb. Sfera.az  xəbər verir ki, şəkli Xalq artisti Fatma Mahmudova so...