COVID-19-la bağlı daha bir maarifləndirmə layihəsi başlayır

COVID-19-la bağlı daha bir maarifləndirmə layihəsi başlayır
 BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Bakı Media Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində COVID-19 pandemiyası ilə bağlı maarifləndirmə layihəsinə başlayır. 

Sfera.az xəbər verir ki, layihədə məqsəd dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq xüsusilə uşaqlara və onların valideynlərinə zəruri məlumatları sadə, maraqlı və hətta əyləncəli formada təqdim etməkdir.

Layihə çərçivəsində COVID-19 virusu ilə bağlı bir çox istiqamət üzrə maarifləndirici məlumatlar UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmi "Instagram" səhifəsində (//www.instagram.com/unicef_azerbaijan/) yer alacaq. Səhifədə əhalinin evdə qalması zərurəti və virus simptomları, ev şəraitində uşaqların inkişafı ilə bağlı tövsiyələr, gigiyena qaydaları daxil olmaqla sağlam həyat tərzinin təbliği, yalnız etibarlı mənbələrdən məlumatların əldə edilməsi vacibliyi kimi zəruri materiallar təqdim olunacaq.

Həm böyüklərə, həm də uşaqlara maraqlı olacaq layihə çərçivəsində maarifləndirici qrafik çarxlar, uşaqların iştirakı ilə təcrübə xarakterli videolar, sosial şəbəkələrdə interaktiv oyunlar izləyicilərə təqdim olunacaq. Bundan başqa, uşaqlar üçün məzmunlu nağıllar, karantin vaxtı lazım ola biləcək psixoloji dəstək, bir çox mütəxəssislər və tanınmış şəxslər tərəfindən verilən maraqlı və faydalı məsləhətlər də səhifədə yerləşdiriləcək. UNICEF Azerbaijan Instagram səhifəsində təqdim olunacaq foto, qrafika və video materiallar istənilən sosial və ənənəvi media nümayəndələri tərəfindən də istifadə oluna bilər.

Qeyd edək ki, layihə çərçivəsində kreativ və istehsalat işlərini Bakı Media Mərkəzi həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...