COVİD-19 Azərbaycandakı yoxsulların sayını artırıb, orta təbəqə isə... – Dünya Bankının rəqəmləri nə deyir?

COVİD-19 Azərbaycandakı yoxsulların sayını artırıb, orta təbəqə isə... – Dünya Bankının rəqəmləri nə deyir?
"”Pew Research Center” ekspertləri Dünya Bankının məlumatları əsasında COVİD-19 pandemiyasının əhalinin gəlirlərinə təsirini qiymətləndiriblər. Araşdırmaya görə, pandemiya nəticəsində dünya üzrə orta sinfin sayı azalıb, yoxsulluq artıb”.

Sfera.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. İqtisadçının sözlərinə görə, 2020-ci ildə dünya üzrə orta sinfin sayı proqnozlaşdırılandan 54 milyon nəfər az, yoxsulların sayı isə 131 milyon nəfər çox olub:

"Məsələ ondadır ki, 2011-2019-cu ildə dünya üzrə orta sinfin sayının orta illik artımı 54 milyon nəfər olduğu halda, 2020-ci ildə bu, baş verməyib və prosesin belə davam edəcəyi təqdirdə vəziyyətin daha acınacaqlı olacağı güman edilir. 
 
Araşdırma üzə çıxarıb ki, pandemiyaya qədər dünyada yoxsul əhalinin payı 8,7% olduğu halda, hazırda 10,4%-ə yüksəlib. Bu müddətdə orta gəlirli əhalinin payı 17,8%-dən 17,1%-ə, yüksək gəlirli əhalinin payı isə 7,6%-dən 6,8%-ə düşüb”.

S.Əliyev qeyd edib ki,   "Pew Research Center” əhalinin gəlir qrupu üzrə pandemiyanın vurduğu zərəri bu cür təsnifləşdirib:

- Yoxsullar (gündəlik qazanc $2-a qədər) – 131 milyon nəfər artıb.

- Aşağı gəlirli (gündəlik qazanc $2-$10) – 21 milyon nəfər azalıb.

- Orta sinif (gündəlik qazanc $10-$20) - 54 milyon nəfər azalıb.

- Gəliri orta səviyyədən yuxarı olanlar (gündəlik qazanc $20-$50) - 36 milyon nəfər azalıb.

- Yüksək gəlirli (gündəlik qazanc $50-dan çox) - 62 milyon nəfər azalıb.

Dünya Bankının hesablamasına görə, Azərbaycanda orta sinfin payı devalvasiyadan əvvəl 20%-dən çox olub. Həm devalvasiyanı, həm də pandemiyanı nəzərə alsaq, hazırda bu göstəricinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü güman etmək olar”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR