COVİD-19-a qarşı vaksinin üçüncü dozası da vurulacaq? – Adil Qeybulladan açıqlama

COVİD-19-a qarşı vaksinin üçüncü dozası da vurulacaq? – Adil Qeybulladan açıqlama
COVİD-19-a qarşı iki dozanın yetərli təsir etməyəcəyini, üçüncü dozaya da ehtiyac olduğu istiqamətində müzakirələr gedir. Mütəxəssislər üçüncü dozanın xüsusilə yeni ştammlara qarşı təsirinin ola biləcəyini bildirirlər.

"Moderna" şirkəti koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının bədəndə dözümlülük yaratdığını bildirib. Tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından səkkiz ay sonra əlavə doza alıblar. 15 gündən sonra analizlər COVID-19-un yeni stammlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib.

Maraqlıdır, Azərbaycanda da vaksinlərin üçüncü dozası vurula bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, vaksinin üçüncü dozasının vurulması ümumi olaraq nəzərdə tutulmayıb:
 
"Amma antikor testlərinin nəticələri buna təsir edə bilər. Bu testlər şəxsin əvvəllər bir infeksiya keçirib keçirmədiyini və virusa qarşı immunitetli olub olmadığını müəyyənləşdirmək məqsədi daşıyır. Yəni, antikor testlərinin nəticələri aşağı olarsa və ya xüsusi situasiyalarda bəlkə də buna getmək mümkündür.
 
Üçüncü dozanı vurdurmağın bir ziyanı da yoxdur. Effektlilik baxımından isə hələlik iki doza yetərli sayılır. Ola bilər, gələcəkdə hansısa zərurət olsun və üçüncü dozaya da ehtiyac yaransın”.

A.Qeybulla həmçinin "bir dəfədən artıq COVİD-19-a yoluxan şəxslərin vaksin vurdurmağa ehtiyacları varmı?” sualını da cavablandırıb: "Həmin şəxslər mütləq antikor testi verməli və əmin olmalıdırlar ki, immunitet formalaşıb. O halda vaksinasiya etdirməmək də olar. Ümumiyyətlə vaksinə ehtiyac olub, olmadığına isə antikor testindən sonra qərar verilməlidir”.

Qeyd edək ki, artıq Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 29 min 778 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7957, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21821 nəfər olub.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...