“Coca-Cola”dan işbazların işinə yarayan kampaniya

“Coca-Cola”dan işbazların işinə yarayan kampaniya

"Coca-Cola” Azərbaycan ""Coca-Cola” ilə musiqi” kampaniyasına start verib.

Yenicag.az xəbər verir ki, bütün 0.5 litrlik "Coca-Cola” içkiləri üzərində uduşlu kodlar yazılan bilərziklər var və bu bilərziklərin altındakı 8 simvollu kodu 7676 nömrəsinə göndərərək müştərilər uduşlu kampaniyaya qoşula bilər.

Məsələ ondadır ki, müştərilər həmin bilərziklərin yerində olmamasından şikayət edir. Məsələni araşdırmaq üçün şəhərdəki mağazalardan "Coca-Cola” aldıq və bunu özümüz müşahidə etdik.

Belə ki, bəzi mağazalarda uduşlu bilərziklər yerində olsa da, bəzilərində buna rast gəlmədik. Səbəbini soruşduqda isə, satıcılar "şirkət necə gətirib, elə də satırıq”,- dedilər.

Həmin bilərziyin asan şəkildə soyularaq götürülməsi istənilən şəxsin onu kəsib götürməsinə şərait yaradır. Bu da, təbii ki, bəzi işbazların işinə yarayır.

Bəlkə şirkət əməkdaşları, bəlkə də mağaza işçiləri uduş əldə etmək üçün bu kodları kəsib götürür. Hətta kod olan bilərziyi açıb, yenidən yerinə yapışdırmaq da mümkündür.

Ümumiyyətlə, "Coca-Cola” kimi məşhur bir şirkətin belə bir kampaniyaya start verərkən, bu cür məsələləri nəzərə almaması anlaşılan deyil.


 


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...