No Image

Ceyhun Bayramovdan təhsillə bağlı yenilik

Ceyhun Bayramovdan təhsillə bağlı yenilik
 

"Növbəti tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır".

Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ilkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.

C.Bayramov qeyd edib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək.

Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, "Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran nazir əlavə edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.

"Beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. Təhsil naziri həmçinin, tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib"-deyə nazir vurğulayıb. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu orta məktəbin fəaliyyəti dayandı - SƏBƏBİ AÇIQLANDI

  Gəncə şəhərində orta məktəb fəaliyyətini dayandırıb. Sfera.az xəbər verir ki, 46 saylı orta tədris müəssisəsinin fəaliyyətinə xitam verilib. ...

Rezidenturaya qəbul imtahanı başa çatdı

 Dövlət İmtahan Mərkəzi sentyabrın 18-də 2020/2021-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezi...

Təhsil naziri əmr imzaladı

  Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalay...

Təhsil Nazirliyindən HİCABLI şagird və müəllimlərlə bağlı AÇIQLAMA

 Yeni dərs ilinin başlanması ilə çoxlarını maraqlandıran suallardan biri də təhsil müəssələrində hicablı şagirdlərə, müəllimlərə rəhbərlik tərəfindən bəzən...

"Dərs vaxtı"nın sabaha olan cədvəli açıqlandı

 "Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı” proqramının sentyabrın 18-i üçün n...

Bu qrupda keçid ballarının artırılacağı gözlənilir

  Statistika onu göstərir ki, ötən illə müqayisədə bu il V qrup üzrə müsabiqəyə buraxılanların sayında artım var. Sfera.az-ın məlumatına görə, bunu Dövlə...