Ceyhun Bayramov Vendi Mortonla danışdı

Ceyhun Bayramov Vendi Mortonla danışdı
2020-ci ilin 13 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, nazirlər bölgədəki cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanat ətrafında fikir mübadiləsi aparıblar. BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi və bütün kommunikasiyaların açılması kimi məsələlər müzakirə edilib.

Nazir Vendy Morton bölgədə atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən üçtərəfli bəyanatın imzalanmasını alqışlayıb. O, razılaşmanın həyata keçirilməsinin vacibliyini vurğulayıb. Vendi Morton, həmçinin tərəflərin humanitar məsələlərə diqqət yeriməsinin mühüm olduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 2...

"Liverpul" bu futbolçunu almaq istəyir - Məbləğ AÇIQLANDI

  "Liverpul" "Ayntraxt"ın müdafiəçisi Uilyam Paçonu almaq istəyir.   Sfera.az bildirir ki, alman klubu futbolçunun trans...

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

1980-2021-ci illərdə Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı 109-dan 18-ə enib.   Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Ba...