Ceyhun Bayramov Misirə rəsmi səfərə dəvət olunub - FOTO

Ceyhun Bayramov Misirə rəsmi səfərə dəvət olunub - FOTO
 Xarici İşlər naziri Ceyhun Bayramov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahimi qəbul edib.

Bu barədə Sfera.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Nazir Ceyhun Bayramov Azərbaycan və Misir arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulandı.

Misir səfiri Adel İbrahim Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukrinin səmimi təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və naziri Misirə rəsmi səfərə dəvət edib.

Tərəflər iki ölkə arasında qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, pandemiyadan sonra birbaşa uçuş reyslərinin bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi apardılar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndiriməsi üçün böyük potensialın olduğunu qeyd etdilər.

Nazir Misir səfirinə Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri, Ermənistanın davam edən təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi sonuncu hərbi təxribatı, işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti və bu yolla münaqişənin həlinə, eləcə də azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına maneə törətdiyi barədə ətraflı məlumat verdi. Misir Ərəb Respublikası da daxil olmaqla, beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələrin müddəalarına, xüsusilə də BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin zəruriliyi vurğulandı.

Misir səfiri Adel İbrahim öz növbəsində, Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirdi.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıldı.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...