Ceyhun Bayramov Finlandiya və Filippinin yeni səfirləri ilə görüşdü - FOTOLAR

Ceyhun Bayramov Finlandiya və Filippinin yeni səfirləri ilə görüşdü - FOTOLAR
Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Kirsti Narineni qəbul edib.

Bu barədə Sfera.az-a XİN-dən məlumat verilib.

C.Bayramov Finlandiyadan olan həmkarı ilə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan görüşə istinad edərək, iki ölkə arasında münasibətlərinin inkişafı perspektivlərini qeyd edib. İki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyəti ifadə olunub.

Səfir Kristi Narine Azərbaycan Prezidenti ilə çox maraqlı görüşün keçirildiyini qeyd edib. O, həmçinin Milli Məclisdə Finlandiya ilə Dostluq Qrupunun üzvləri ilə keçirillən görüşə məmnunluqla istinad edib. Səfir Finlandiyanın bölgədə sülhün bərqərar olmasında maraqlı oduğunu və bu xüsusda, bölgənin sülh şəraitində gələcək inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər iki ölkənin iqtisadi, enerji, ətraf mühit, təhsil sahələrində qarşılıqlı əlaqələrinin inkişafı imkanlarını müzakirə ediblər.

Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov bu gün Filippinin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Maria Elena Alqabre arasında görüş baş tutub.

C.Bayramov ona gələcək fəaliyyətində uğurlar arzu edib. Nazir Azərbaycan və Filippin arasında mövcud olan siyasi münasibətləri yüksək qiymətləndirib. O, iki ölkə arasında iqtisadi, ticarət, turizm, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir xanım Maria Elena Alqabre, öz növbəsində qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirib. Səfir ölkələr arasında mövcud olan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksək qiymətləndirərək, bir çox sahələrdə əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstək, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi və bu dövrdə irəli sürülən təşəbbüslərin uğurla həyata keçirilməsi, həmçinin Hərəkatın sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğu vurğulanıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...