Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşdü
Dekabrın 3-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a bildiriblər ki, görüşdə tərəflər münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, regionda baş verən ən son proseslər, üçtərəfli bəyanatların icrası istiqamətində atılan addımlar, habelə ATƏT ilə əməkdaşlıq məsələləri, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Həmsöhbətinə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində, xüsusilə ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov münaqişədən sonra bərpa və quruculuq prosesinə yardım mandatı olan bir təşkilat kimi ATƏT ilə bu xüsusda əməkdaşlığa açıq olduğumuzu ifadə edib.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektlərini müzakirə ediblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı oldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. ...

Sahibə Qafarova Latviyaya səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Latviyaya səfər edəcək. Sfera.az bildirir ki, Riqadakı diplomatik m...

Ankara Moskva görüşündə Zəngəzur dəhlizi şərtindən geri çəkilib? - Açıqlama

"Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşünə dair hər iki tərəfin rəsmi açıqlamasında bir cümlə xüsusilə diqqət çəkirdi - Tərəflər ilkin şər...

Prezident Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışını etdi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. Sfera.az ...

“Azərbaycanın bu addımı Moskvanın xoşuna gəlmədi” – Elxan Şahinoğlu

"Azərbaycan Prezidentinin Ukrayna səfəri və Kremlin hədəf götürdüyü Zelenski ilə müzakirələr aparması Moskvanın xoşuna gəlmədi. Ukrayna kimi Azərbaycan da xar...

Ceyhun Bayramov Avstriyaya getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfərlə yola düşüb. Bu barədə Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat v...