Telefon oğurladı, bıçaqlandı

Telefon oğurladı, bıçaqlandı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tural Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə Tural Əhmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tural Əhmədov, həyat yoldaşına qarşı soyğunçuluq edən İlkin Şirinovla söhbəti həll etməyə gedib. İlkin Şirinov onun həyat yoldaşının telefonunu əlindən alıb qaçıb. Mübahisə zamanı o, İ.Şirinova bir neçə bıçaq zərbəsi vurub.
Tural Əhmədova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

OXŞAR XƏBƏRLƏR