Azərbaycan nefti ucuzlaşdı
11:44 / 23.06.2015
2526
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,49 dollar ucuzlaşaraq 63,08 dollar təşkil edib.
"Qafqazinfo" ANS press-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.
Dünya birjalarına gəlincə, neftin qiyməti ucuzlaşıb. Belə ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,84 dollar ucuzlaşaraq 59,61 dollar olub.
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 1,24 dollar azalaraq 63,02 dollar təşkil edib.