Hacı İbrahim: "430 milyon borcumun hamısını qaytaracağam"

Hacı İbrahim: "430 milyon borcumun hamısını qaytaracağam"
“50 milyon manatlıq girov qoymuşam”.

“Avesta” konserninin prezidenti, tanınmış iş adamı hacı İbrahim Nehrəmli paytaxt yaxınlığında saldığı “Xəzər adaları” şəhərciyinin əlindən alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Sfera.az  xəbər verir ki, iş adamı Publika.az-a açıqlamasında deyib yayılan məlumatlar tamamilə yalan və cəfəngiyatdır. Onun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankında “Xəzər adaları” ilə bağlı elə böyük girovu yoxdur:

“İndiyədək Azərbaycan Beynəlxalq Bankı kimin əlindən nəyi alıb ki, mənim də əlimdən nə isə alsın? Əgər Azərbaycan Beynəlxalq Bankına girov qoyulursa, o zaman bu banka ödəniləsi olan pul lazım olur, hər hansı obyekt deyil. Bank obyekti nə edəcək? Bütün bunların hamısı boş-boş söhbətlərdir, şayiədir”.

İş adamı bildirib ki, bəzi şəxslər ona qarşı qərəzli kampaniyaları aparır:

“Yalandan yazırlar ki, guya “Xəzər adaları” və digər obyektlərimi əlimdən alıblar və sairə. Bütün bunlar yalan məlumatlardır. Mənim heç bir obyektimi əlimdən almayıblar. Ölkəmizdə qanunlar işləyir. Əgər bir iş adamı banka olan borcunu vaxtı-vaxtında qaytarırsa, əksinə, bank o adama şərait yaradır. Mən isə qoyulan şərtlər çərçivəsində banka olan borclarımı vaxtı-vaxtında qaytarıram.

Hələ mənim 2019-cu ilin sonunadək vaxtım var, o vaxtda qədər banka olan 430 milyon ümumi borclarımın hamısını qaytaracağam. Hazırda Azərbaycan Beynəlxalq Bankına təkcə yeni şəhərlə bağlı 50 milyon manatlıq girov qoymuşam, əlavə girovlar da tələb olunarsa, yenə də qoymağa hazırıq. Hazırda da heç bir problemim yoxdur, yüksək səviyyədə çalışırıq”.

Xatırladaq ki, “Xəzər adaları”nın Hacı İbrahim Nehrəmlidən alınması barədə modern.az saytı yazmışdı.

Sayt qeyd edirdi ki, Beynəlxalq Banka borcunu qaytara bilməyən iş adamı ona məxsus “Xəzər Adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib.

Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.

OXŞAR XƏBƏRLƏR

"TikTok"-da şantaj olunan qadının nişanı pozuldu: İşdən çıxarıldı - VİDEO

Qadının "TikTok" sosial şəbəkəsində olan səhifəsindəki şəkillərini götürüb adına saxta səhifə açıblar.   Sfera.az xəbər verir ki, &quo...

Uçuş təxirə salındı - Sərnişinləri təyyarədən düşürdülər

Yerli vaxtla saat 02:00-da İstanbuldan Moskvaya uçmalı olan "Aeroflot"a məxsus "SU-2139" təyyarəsi texniki nasazlıq səbəbindən yola düşə bil...

İtkin düşən 9 nəfər tapıldı

Yanvarın 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı apa...

Zəngəzur dəhlizi: Regionun gələcəyini dəyişən strateji yol - Elnur Məcidli YAZIR...

Zəngəzur dəhlizi, Cənubi Qafqazda mühüm strateji və iqtisadi əhəmiyyətə malik bir nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhliz, Azərbaycanı Naxçıvan Muxtar...

Əhalinin NƏZƏRİNƏ: 3 gün ardıcıl iş olmayacaq

Gələn həftənin ilk iş günü 20 Yanvar - Ümumxalq Hüzn Gününə təsadüf edir.   Sfera.az xəbər verir ki, 18 və 19 yanvar tarixləri şənbə və bazar günü ol...

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Yanvarın 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 54 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    ...