Heydər Əliyevin nəvəsinin şəkilləri yayıldı - FOTOLAR

Heydər Əliyevin nəvəsinin şəkilləri yayıldı -  FOTOLAR

Mərhum eks prezident Heydər Əliyevin qız nəvəsi Zərifə Əliyevanın sosial şəbəkələrdə şəkilləri yayılıb. 

Sfera.az publika.az-a istinadən  xəbər verir ki, şəkillər ulu öndərin Londonda yaşayan qızı Sevil Əliyevanın adına olduğu göstərilən  Feysbuk səhifəsinə yerləşdirilib. Fotonun altında isə belə bir şərh yazılıb: 

“Axşamınız xeyir. Bu da mən – Zərifə! Mənə qarşı göstərdiyiniz marağa görə çox sağ olun. Çoxları mənim indi necə olmağımla maraqlanırdı. Sizin xahişinizi yerinə yetirirəm və bu selfini sizin üçün çəkirəm”.

Zərifə Əliyeva mərhum nənəsinin adını daşıyır.

Məlumat üçün bildirək ki, minlərlə oxucu və sosial şəbəkə istifadəçisi öz qeyd və şərhlərini yazsa da, həmin səhifəni Sevil Əliyevanın özü idarə etmir. Belə ki, Sevil Əliyeva açıqlamasında “təəssüf ki, bu səhifəni mən yaratmamışam. Lakin həmvətənlərimin, dostlarımın, mənə tanış olan və olmayan insanların arzularını, fikirlərini, rəylərini orada oxumaq mənə çox xoş idi. Ona görə də mən İnstaqram sosial şəbəkəsində öz səhifəmi yaratmaq qərarına gəldim”, - deyə bildirmişdi.

Sevil Əliyevanın Feysbuk səhifəsində paylaşılan son fotoları təqdim edirik:


OXŞAR XƏBƏRLƏR