İpoteka məbləği 100 manat olacaq - VİDEO

İpoteka məbləği 100 manat olacaq -  VİDEO

Gənc ailələr paytaxtın mərkəzindən də ev ala biləcəklər

Əgər öncələr ipotekayla yalnız şəhər kənarından ev almaq mümkün idisə, indi isə Bakının mərkəzindən də asanlıqla mənzil almaq olacaq. Çünki ipoteka məbləği 50 mindən 100 min manata yüksəldiləcək. İpoteka üçün tələb olunan əməkhaqqı miqdarı da aşağı salınıb.

Dövlət başçısının İpotekaya 200 milyon manat vəsaitin ayrılması ilə bağlı tapşırığından sonra Mərkəzi Bank hərəkətə keçdi. Mərkəzi Bank sədrinin verdiyi açıqlamaya görə hazırki həm sosial, həm də kommersiya ipoteka məbləği 2 dəfə artırılacaq. Bəs bu dəyişiklik nələrə səbəb olacaq?

Yəni bu vəsaitlə 5 min ailə mənzil sahibi olacaq. Daha bir önəmli dəyişiklik ipoteka kreditlərində faiz dərəcələrinin aşağı salınması ilə bağlıdır. Adi ipotekada faizlərin 8-dən 6-ya, sosial ipotekada isə 4 fazidən 2-yə endiriləcəyi gözlənilir. Mərkəzi Bank rəhbərinin dediyinə görə ipoteka vəsaitləri qurumun krediti hesabına ayrılacaq və Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verəcək.

Diqqət çəkən məqamlardan biri də ipoteka krediti əldə etmək üçün tələb olunan əmək haqqı məbləğinin aşağı salınacağıdır. İpoteka kreditləşdirilməsinin həcmini artırmaq üçün Mərkəzi Bank əlavə vəsaitlərin cəlb olunması üzərində də işləyir. Bu prosesə sığorta şirkətlərinin cəlb olunması, tikinti əmanət bankının yaradılması və İpoteka Fondunun dövlət zəmanətli iqtiqrazlar buraxması ilə mümkün olacaq. //xezerxeber.com

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...