""Hell" enerji içkilərinin uğur hekayəsində..." — MÜSAHİBƏ

Azərbaycanda son illər enerji içkilərinə olan təlabat demək olar ki, qida məhsullarına olan təlabatla eyni səviyyəyə çatıb. Enerji içkiləri bazarında böyük üstünlük əldə edən "Hell"in marketinq direktoru Müşviq İsgəndərov ölkəmizdə bu içkilərə olan təlabatın səbəbindən danışıb. 
 
Sfera.az AZXEBER.COM-a istinadən həmin müsahibəni təqdim edir:
 
- Müşfiq bəy, ilk olaraq özünüz haqda məlumat verərdiz...
- Artıq 3 ildir ki, "Hell" enerji içkilərinin uğur hekayəsində payı olan ordudan biri. Marketinq camiasının dili ilə desək markasına dəli kimi bağlı HELL Müşviq (gülür)
 
- Son illər müxtəlif adda enerji içkiləri bazarda görünür. Azərbaycan bazarında enerji içkilərinə təlabat bu qədər çoxdur?
 -Azərbaycan istehlakçısı həmişə yüksək keyfiyyətli məhsul seçimi edir. Enerji içkiləri bazarındakı aktivliyi görən iş adamları bazara yeni məhsulların gətirilməsini təşkil edir. Nəticədə isə böyük rəqiblər qarşısında tab gətirə bilmirlər. 66.5% enerji içkisi alıcısı seçimini artıq 4 ildir ki, yüksək keyfiyyətli və qiyməti münasib Avropa məhsulu olan "Hell" enerji içkiləri üzərindən edib.
 

 
 
- Enerji içkiləri haqqında cəmiyyətdə müxtəlif fikirlər var. Bu içkilərin insan sağlamlığı üçün zərərli olduğuna aid iddialar səslənir. Siz birbaşa istehsal prosesinin şahidi olmusunuz. Bu iddialar nə dərəcədə doğrudur?
 -Məhsulumuzun tərkibi tam olaraq təbii inqridentlərdən ibarətdir. Tərkibi 88.2% su ,10.4% təbii çuğundur şəkəri, ana südü və uşaq yeməklərində olan taurin, 5000 min il tarixi olan və gündəlik istifadəmizdə olan çay və kofenin terkibində olan kofein və 5 növ B vitaminindən ibarətdir. Bu isə məhsulumuzun çox yüksək keyfiyyətli olduğuna sübutdur. Bu içkilərdə gün ərzində doğru istifadə edildiyi halda heç bir zərər müşahidə olunmur.
 
- "Hell"in qısa zamanda bazarda lider olmasında peşəkar marketinq planlamasının əsas rol oynadığını görmək mümkündür. Bunun üçün nə etdiniz?
-Yenə də qeyd edim ki, liderliyimizin əsas səbəblərindən biri yüksək keyfiyyətli məhsul və qiymət amilidir. Doğru yerdə və doğru reklam addımları atılmasıdır. Həmçinin böyük miqyaslı tədbirlərdə markamız layiqincə təmsil olunur. Yeri gəlmişkən, 23 sentyabr Azərbaycanın ən böyük arenalarından birində yerli və dünya ulduzlarının iştirakı ilə möhtəşəm parti hazılıqlarımız davam edir.
 
- İddialara görə Azərbaycan şou-biznes nümayəndələrinin sosial media hesablarında paylaşımlar siz tərəfdən marketinq manevri kimi istifadə edilir. Bu belədirmi?
-"Hell" enerji içkilərinin marketing komandası olaraq bildirmək istəyirəm ki, markamız ölkəmizdə şou camiasında yalnız "İlk media" ilə əməkdaşlıq edir və bu şirkətin rəhbəri İlkin Həsəni markanın rəsmi simasıdır. Sosial şəbəkələrində yerli şou nömayəndələrinin "Hell" ilə etdiyi paylaşımlar isə onların markamıza olan sevgisinin ifadəsidir. Bu bizim tərəfdən atılmış bir addım deyildir.
 

- Siz özünüz də aktiv sosial media adamısınız. Paylaşdığınız postlar insanlar tərəfindən bəyənilir və gündəmə təsir edir. Bəs siz özünüz "Hell" ilə sosial mediada şəkil paylaşan yerli ulduzları heçmi görməmisiniz?
-Doğrudur sosial media həyatımın demək olar ki, yarıdan çoxunu əhatə edir. Daimi marka izləmələrim var. Gün ərzində onlarla insanın "Hell" ilə şəkillərini paylaşdığını müşahidə edirəm, amma qeyd etdiyiniz kimi markamıza özəl və sima kimi təqdim edilən yalnız bir şou nümayəndəmiz var o da İlkin Həsənidir. Digər şou biznesə can atan, ulduz olmayan ifaçılar tərəfindən bu tip paylaşımların şahidi olmamışam.
 
-Reklam xərclərinin yönəlməsi hansı istiqamətdədir?
-Bildirmək istəyirəm ki, "Hell" enerji içkilərinin reklam xərcləri markanın Azərbaycana təyin etdiyi nümayəndə tərfindən təmin olunur. Növbəti efir sezonunda "Bozbash pictures"dən əlavə ekstrim şouya sponsurluq etməyi düşünürük. Həmçinin reklam büdcəmizdə satış və dağıtımının yüksək keyfiyyətini artırmaq üçün müxtəlif addımların atılması nəzərdə tutulub. Markanıza və sizə bu uğurlu yolda işlərinizin daimi olmağını arzulayırıq.
 
 
 

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...