\"Oğlumu futbola qoşdum ki, həm başını qatsın, həm də...\" - Rövnəq Abdullayev

\
Azərbaycan çempionatında əvvəl şübhəli oyunlar var idisə, biz bunun kommersiya əhəmiyyətini görmürdük. Təsdiq etmək çətin idi.
 

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Qurumun Konfransından sonra jurnalistlərin suallarını cavablandıran assosiasiya rəhbəri danışılmış oyunlara da toxunub: "İndi UEFA-da elə bir sistem qurulub ki, "Göyəzən"lə "Şahdağ"ın oyununun bütün çəkilişlərini və Çindəki bukmeker kontorlarının fəaliyyətini izləyə bilirlər. Oyuna adi gözlə baxdıqda adam şübhə edə bilmir. Amma hansısa matça nə qədər pul qoyulduğuna fikir verdikdə artıq çox şey aydınlaşır".
 
Abdullayev bildirib ki, I divizionda çıxış edən "Səbail" klubunun Müşahidə Şurasının sədri olan oğlu Rəşad Abdullayev istefa verməsi mümkündü: "Oğlum Rəşad da futbolu sevir. Onu futbola qəsdən qoşdum ki, həm başını qatsın, həm də sevdiyi işlə məşğul olsun. Çünki deyəndə ki, niyə Bakıya gəlmirsən, cavab verirdi ki, nəyə gəlim, məşğul olmağa iş yoxdu. "Səbail" Premyer Liqaya çıxan kimi, o, istefaya gedəcək. Mən burda ola-ola, Rəşad Premyer Liqa klubunun prezidenti ola bilməz".
 
Futzal Federasiyasının prezidenti Zaur Axundovun klublarda futzal komandalarının da yaradılmasını təklifinə münasibət bildirən Abdullayev bunu inandırıcı hesab etmir: "Futbol komandalarını güclə saxlayırıq. Hələ ki, klublarda futzal komandaları yaratmaq planımızda yoxdu. Klublar özləri özlərini maliyyələşdirməlidilər. Biz buna nail olmalıyıq. Futbol funksionerləri bir az zəiflədilər. Buna görə də, klublarda boşluqlar yarandı. Klublar düşünməlidilər ki, hardan nə qədər vəsait cəlb edə bilərlər? Futbol həm də kommersiyadı. Biz bu gözlə baxmasaq, onu inkişaf etdirə bilmərik. Avropada klublar 50-ci illərdən bu prinsiplə fəaliyyət göstərir. Bu işlə bağlı mütəxəssislər də hazırlamalıyıq". 


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...