Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq

Şəki və Zaqatala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılacaq.

 

"Azəriqaz" İstehsalat Birliyindən Sfera.az-a verilən məlumata görə, Şəki rayonu Köhnə Çələbixan qəsəbəsi, Daşüz, Qudula, Şorsu və Cumakənd kəndlərini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı qaz kəmərlərində kipliyə sınaq məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək bu ərazilərdə 1474 əhali abonentinin və 6 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.

 

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində isə yeni çəkilmiş PE 315 mm-lik qaz xəttindən yerüstü qaz xəttinə qoşulma işləri aparılacaq. Bu səbəbdən 25 iyul saat 09:30-dan işlər başa çatana qədər S.M.Əfəndiyev, M.Cabbarov, Nuhəvi və A.Əfəndiyev küçələrində 463 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

 

Zaqatala rayonu Çökəkoba kəndində Hacıməmmədova Rəvanə Əhməd qızına məxsus fərdi yaşayış evinin qarşısından keçən mövcud D-57 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə bu gün saat 09:30-dan işlər yekunlaşanadək 380 əhali abonentinin qaz təchizatı dayandırılacaq.

 

Qeyd olunur ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

 

Bu gün saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Qazın verilişi gün ərzində bərpa olunacaq.


OXŞAR XƏBƏRLƏR

Tələbə ayda 550 manat təqaüd ala bilər – Nazirin müşaviri

“Təkcə standard tələbə təqaüdlərinin deyil, tələbələrə verilən Prezident təqaüdünün də məbləği artırılıb. Hər il 102 nəfərə Prezident təqaüdü verilir. Bu ...

Ceyhun Bayramov Hakan Fidanla sülh prosesini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.   Sfera.az xəbər verir ki, bu bar...

Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR

Antalya şəhərinin Aksu, Gazipaşa, Manavgat və Muratpaşa rayonlarında meşə yanğınları baş verib. Alovlar qısa müddətdə yayılaraq yaşayış məntəqələrini də təhlükə...

Tofiq Qaziyev vəfat etdi - FOTO

Rəssam Tofiq Qaziyev vəfat edib.   Sfera.az bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.   Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu...

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...