Daha bir güləşçimiz Avropa çempionu oldu


Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanlı güləşçi Günay Qurbanova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

 

Sfera.az xəbər verir ki, bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn qadın güləşçimiz finalda türkiyəli Sevim Akbaşla qarşılaşıb.

 

Həlledici görüşdə həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

 

Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.

 

Qeyd edək ki, ötən gün 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Cavadov da Avropa çempionu titulunu qazanıb.


OXŞAR XƏBƏRLƏR